Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Turagent ƏDV ödəyicisi deyil, lakin vəkalət verən (digər şəxs) ƏDV-nin məqsədləri üçün qeydiyyatdadır. Aviabiletlərin satışına görə alıcılara elektron qaimə-faktura təqdim etməlidirmi?


Cavab

Vergilər Naziriliyinin şərhində göstərilir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, agent digər şəxsdən qəbul etdiyi mallar (işlər, xidmətlər) üçün həmin malların (işlərin, xidmətlərin) alıcılarına "agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən elektron qaimə-faktura" təqdim edir.

Agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadıqda alıcı tərəfindən alınmış malların dəyəri digər şəxsin (vəkalət verənin) hesabına nağdsız qaydada, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildiyi halda, agent tərəfindən həmin malların alıcısına verilmiş elektron qaimə-faktura ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verir.

Qeyd olunanlara əsasən, malların alıcısı agentdən, yəni sizdən aldığı elektron qaimə-faktura əsasında digər şəxsə (vəkalət verənə) malların dəyərini nağdsız qaydada, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ödədiyi halda, ödənilmiş ƏDV məbləğini əvəzləşdirir.

2020-03-03 | Vergilər | Baxılıb: 118 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!