Mühasiblər üçün Trenajor Pro Plus - Nailiyyətlərimiz


Yeni Fikir 2017

Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan "Yeni Fikir 2017" startap müsabiqəsinə MUHASİB.AZ komandası da "Mühasiblər üçün Trenajor" startap layihəsi ilə qoşulub.

148 startap layihənin iştirak etdiyi müsabiqədə 11 komanda finala vəsiqə qazanıb. 9 iyunda keçirilən finalın nəticələrinə görə "Mühasiblər üçün Trenajor" startap layihəsi 3 yerə layiq görülüb.

"Yeni Fikir 2017" Müsabiqəsi Mükafatlandırma Mərasimi (Video).

Open Innovations Startup Tour 2017

AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının "Skolkovo" Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində ilk dəfə keçirilən "Open Innovations Startup Tour" (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində "Mühasiblər üçün Trenajor" startap layihəsi yarımfinal mərhələsinə yüksəlib.


www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!