Misallar


Saytımız bu səhifəsində sizlərə mühasibat uçotunun müxtəlif sahələrini əhatə edən misallar təqdim edəcəyik. Bu misallar "Mühasiblər üçün Trenajor" proqramında test edib biliklərinizi artıra və möhkəmləndirə bilərsiniz.

Misal 1 "Mühasiblər üçün Trenajor" proqramından istifadə edərək aşağıdakı əməliyyatların müxabirləşmələrini keçirin.

  1. A MMC –nin rəhbərliyi 01.03.2017 tarixində müəssisə təsis edərək 500 000 manat nizamnamə kapitalını formalaşdırıb. 03.03.2017 tarixində Nizamnamə kapitalı nəğd pul şəklində müəssisənin hesablaşma hesabına daxil olub. A MMC konsaltinq xidməti sahəsi ilə məşğuldur.
  2. 10.03.2017 tarixində A MMC 100 000 manata torpaq sahəsi və onun üzərində olan 250 000 manata birmərtəbəli ofis binası alır.
  3. A MMC 13.03.2017 tarixində 5 000 manat dəyərində bir aydan sonra ödəmək şərti ilə ofis ləvazimatı alır.
  4. A MMC 30.03.2017 tarixində aldığı ofis ləvazimatına görə olan öhdəliyinin bir hissəsini 2 000 manatı ödəyir.
  5. 23.03.2017 tarixində A MMC göstərdiyi konsaltinq xidmətinə görə 15 000 manat gəlir əldə etmişdir.
  6. 26.03.2017 tarixində 15 000 manat xidmət haqqı A MMC-nin hesablaşma hesabına daxil olmuşdur.
  7. 28.03.2017 tarixində göstərilən xidmətə görə A MMC 10 000 manat gəlir əldə etmişdir. Müqaviləyə əsasən qazanılan xidmət haqqının 50% 30.03.2017 tarixində ödənilmiş, 50% isə aprel ayının 28-də ödəniləcək.
  8. 31.03.2017 tarixində A MMC işçilərinə mart ayı üçün 4 000 manat əmək haqqı hesablamışdır.
  9. Hesablanan əmək haqqısından gəlir vergisi - 516.6 manat və sosial müdafiə fonduna ayırmalar- 120 manat tutulmuşdur və 14.04.2017 tarixində büdcəyə gəlir vergisi - və sosial müdafiə fonduna köçürülmüşdür.
  10. 05.04.2017 tarixində mart ayı üçün hesablanan əmək haqqı işçilərə ödənilmişdir.
  11. Mart ayı üçün gələn 450 manat dəyərində kommunal xərclər 13.04.2017 tarixində ödənilmişdir.
  12. 25.04.2017 tarixində alınan gəlirlərdən 6 000 manat dəyərində dividentlər elan edilmişdir və bank hesabından çıxmaqla təsisçilərə ödənilmişdir.
Qeyd edilən əməliyyatlar üzrə “Mühasiblər üçün Trenajor”- da əməliyyatların müxabirləşmələrini yaradın. Mart ayı üçün “Müəssisə balansı” və Mənfəət və Zərər” haqqında hesabtları hazırlayın.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!