Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 02.05.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      AzMuhasib - Əmək haqqı


"Əmək haqqı" proqramı idarə, müəssisə və təşkilatlarda mövcud qanunvericiliyə uyğun olaraq işçilərə əmək haqqı hesablamalarının aparılması üçün hazırlanmışdır.

Proqramda azərbaycan, rus və ingilis dillərində işləmək və məlumatların hansı dildə daxil edilməsindən asılı olmayaraq, hesabatları paralel olaraq hər 3 dildə tərtib etmək mümkündür. Azərbaycan dilində latın qrafikası ilə kompüterin klaviaturasının AZRU şriftlərində işləmək mümkündür.

Proqram tək istifadəçi üçün Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.

Bütün hesabatları MS Excel proqramına eksport etmək imkanı var.

Proqrama işçilər haqqında məlumatlar, müəssisənin ştat cədvəli və vəzifələrə təyinatlar göstərilməklə, qabaqcadan verilmiş normativlər əsasında hər ay avtomatik olaraq əmək haqqı məbləğləri, əmək haqqından tutulmalar və işçiyə ödəniləcək məbləğlər hesablanır.

İşçilərə müvafiq tənzimləmələr əsasında əlavə maaşlar - mükafat, maddi yardım və s. hesablamaq və qanunvericiliyə uyğun olaraq müvafiq tutulmalar aparmaq mümkündür.

İşçilərdən gəlir vergisinin və digər tutulmaların hesablanması üçün proqramın tənzimləmə bölməsində istifadəçi tərəfindən qabaqcadan normalar verilir.

Hesablamalarda işçilərə güzəştlərin və digər əlavə şərtlərin də nəzərə alınması mümkündür.

Məzuniyyət haqqının, xəstəlik vərəqələrinin, işə gecikmələrin və digər tutulmaların hesablanması üçün proqramda hər bir işçi üçün bir dəfə iş qrafiki və hər ay üçün ümumi tabel tutulur. Ay ərzində işçinin iş vaxtında heç bir dəyişiklik baş verməyibsə, tabelin tərtib olunması vacib deyil. Bu halda əmək haqqı ştat cədvəlinə əsasən hesablanacaqdır.

Proqramda istənilən dövr üçün hesablama cədvəli, ödəniş cədvəli, hər bir işçinin haqq-hesab vərəqəsi formalarını çap etmək mümkündür.

Proqramın tətbiqi üçün əmək və vergi qanunvericiliyi sahəsində bilik tələb olunur. Müəyyən qədər kompüter təcrübəsi olan mütəxəssislər bu proqramı çox qısa bir müddətdə tətbiq edə birlərlər.


   Baş səhifə
   AzMuhasib
   1C
      1C:Предприятие 8.3 Tədirs versiyası
   Günəş
   MS Excel
   Uçot siyasəti
   Kalkulyatorlar
   Məqalələr
   Kitablar
   
               Şəxsi kabinet


İstifadəçini yadda saxla.
Avtomatik giriş.

      Qeydiyyat  | Şifrəni unutmusunuz?

Powered by Jasper Roberts - Blog



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!