Mədən vergisi: Verginin ödənilməsi və bəyannamənin verilməsi müddətləri

Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.

Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.

Mədən vergisinin ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir.

Mədən vergisi dövlət büdcəsinə ödənilir.

Vergi güzəştləri

Neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Yazı sonuncu dəfə 2023-10-23 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!