Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması

Vergi orqanında uçotda olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Nağdlaşdırma zamanı ödəmə mənbəyindən tutulan 1% sadələşdirilmiş vergi hüquqi şəxslər və fərdi sahibkarların mənfəət və gəlir vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərinə aid edilir.

Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və AR Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.

Yazı sonuncu dəfə 2023-10-24 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!