Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      İnventarizasiya


İnventarizasiya haqqında anlayış və onun növləri.

Müəssisə mühasibat uçotu və hesabatının doğru və düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliyinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin və ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır.

İnventarizasiya - müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir.

Azərbaycan Rеspublikasında invеntarlaşmanın aparılması prinsiplərini 16 iyul 2013-ci il tarixli Maliyyə Nazirliyinin Kolleqiyasının Qərarı ilə təsdiqlənmiş "Aktivlərin və öhdəliklərin invеntarizasiyası Qaydaları" əsasında icra оlunur.

Təcrübədə bir neçə növ inventarizasiya mövcuddur.

Qismən inventarizasiya hər bir obyekt üçün ildə bir dəfə aparilir; bu cür inventarizasiya (yoxlama) yüksək daxili təşkilati səviyyə tələb etməyən və bir qayda olaraq istehsal prosesinə maneçilik törətməyən ən etibarli üsuldur.

Dövri inventarizasiya əmlakin növ və xarakterindən asili olaraq konkret vaxtda aparilir.

Tam inventarizasiya təşkilatın bütün əmlakının yoxlanması deməkdir. Onlar illik hesabat tərtib etməzdən əvvəl ilin axırında həmçinin maliyyə və istintaq orqanlarının tələbi ilə tam sənədli təftiş zamanı aparılır.

Seçmə inventarizasiya ayrı-ayrı istehsal sahələrində yaxud maddi məsul şəxslərin yoxlanması, məsələn, kassada olan nəğd pul vəsaitinin mövcudluğunun yoxlanması, müxtəlif növ materialların qalığının çıxarılması və i.a. zamanı aparılır.

Hesabat ilində inventarizasiyanın miqdarı, onun aparılma tarixi, yoxlanılan əmlak və öhdəliklərin siyahısı təşkilat tərəfindən təyin olunur. Bu zaman inventarizasiya aparmaq zəruri sayılan hallar istisnalıq təşkil edir.

İnventarizasiya nə vaxt aparılır?

İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq əmlakın və öhdəliklərin siyahısı müəssisə tərəfindən müəyyən edilir.

İnventarizasiyanın aparılması aşağıdakı hallarda məcburidir:

  • müəssisənin əmlakı satıldıqda, alındıqda, icarəyə verildikdə;
  • qanunvericilikdə nəzərdə tutulduğu qaydada dövlət və bələdiyyə müəssisəsi, səhmdar cəmiyyəti, yaxud başqa qurum (müəssisə) kimi yenidən təşkil edildikdə;
  • illik mühasibat (maliyyə) hesabatlarının tərtibindən əvvəl 01 oktyabrdan tez olmayaraq əmlakın və öhdəliklərin mövcud vəziyyətinin tamamilə başdan-başa yoxlanması məqsədilə inventarizasiya keçirildikdə.
  • müəssisə ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl və qanunvericilikdə nəzərdə tutulan digər hallarda;
  • maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü);
  • oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə;
  • yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə;
  • müəssisənin əmlakı və öhdəlikləri yenidən qiymətləndirildikdə;
  • məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, yaxud prokurorun yazılı göstərişi olduqda;
  • özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişildikdə inventarizasiya tərəflərin razılığı ilə, yaxud dövlət əmlakının idarəetmə orqanlarının tələbi ilə həyata keçirilir.

İnventarizasiya cədvəllərinin tərtib edilməsi.

Əmlakın inventarizasiyası zamanı uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün müqayisə cədvəlləri tərtib edilir.

İnventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı ziddiyyətlər (fərq) göstərilir.

İnventarizasiya cədvəllərində əmlakın (qiymətlilərin) artıq və əskik məbləğləri onların mühasibat uçotundakı qiymətlərinə müvafiq göstərilir.

Müəssisənin balansında olan (məsuliyyətli mühafizədə olan, icarəyə götürülən, yenidən emal olunmaq üçün alınan), lakin müəssisəyə məxsus olmayan əmlaka (qiymətliyə) ayrıca inventarizasiya cədvəlləri tərtib edilir.

İnventarizasiya nəticələrinin uçotda əks etdirilməsi.

İnventarizasiya qurtardıqdan sonra inventarlaşma komissiyasi müəssisə (təşkilat) rəhbəri tərəfindən qəbul edilən qərar və verilən təklif qeyd edilməklə protokol tərtib olunur. Bundan sonra inventarizasiya və uçot məlumatları arasında müəyyən edilmiş fərqin tənzimlənməsi qaydası müəyyən olunur.

İnventarizasiyanın nəticəsi onun aparılmasından sonra 10-gün ərzində uçotda əks etdirilməlidir.

Artıq gəlmə kimi müəyyən olunmuş əsas vəsaitlər, material dəyərliləri, pul vəsaitləri və digər əmlaklar mədaxil edilməli və onların baş verməsində günahkar olan şəxslər təyin edilməklə müəssisə və təşkilatın maliyyə nəticəsinə aid edilməlidir. Bu zaman aşağıdakı mühasibat yazılışı aparılmalıdır:

N Əməliyyatın məzmunu Debet Kredit
1 Artıq gəlmə kimi müəyyən olunmuş əsas vəsaitlər, material dəyərliləri, pul vəsaitləri və digər əmlaklar 01, 10, 50 80
Əmlakın əskik gəlməsi, onun təbii itki norması daxilində xarab olması istehsal məsrəfləri və tədavül xərclərinə silinir. Bu cür qayda ancaq həqiqi əskik gəlmə müəyyən edildikdə tətbiq edilir. Sözü gedən əməliyyatlar aşağıdakı mühasibat yazılışları tərtib etməklə rəsmiyyətə salınır:

2 Əmlakın əskik gəlməsi 84 10, 40, 41
3 Əmlakın təbii itki norması daxilində xarab olması 20, 26, 44 84
Material dəyərlilərinin, pul vəsaitlərinin və digər əmlakların əskik gəlməsi eləcə də təbii itgi normasından artıq itgilər təqsirkar şəxslərin hesabına yazılır. Bu zaman aşağıdakı mühasibat yazılışı tərtib olunur:

4 Əmlakın əskik gəlməsi 84 10, 40, 41
5 Əskik gəlməsi eləcə də təbii itgi normasından artıq itgilər təqsirkar şəxslərin hesabına yazılır. 73 84
Əsas vəsait obyektlərinin əskikgəlməsi və xarab olmasi müəyyən edilən zaman əvvəlcədən aşağıdakı qaydada mühasibat yazılışı tərtib olunur:

6 Əsas vəsaitlərin köhnəlmiş (amortizasiya olunmuş) hissəsinin məbləği üçün. 02 01
7 Əsas vəsaitlərin qalıq dəyəri üçün 84 01
Obyektlərinin əskikgəlməsi və xarab olmasında təqsirkar şəxs müəyyən edilən zaman əsas vəsaitlər bazar qiymətilə qiymətləndirilir və aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

8 Təqsirkar şəxs müəyyən edilərsə 73.3 84
Təqsirkar şəxs müəyyən edilməyən yaxud dəymiş ziyanın alınması məhkəmə tərəfindən imtina edilən hallarda əmlakın əskikgəlməsindən və xarab olmasından əmələ gələn zərər təşkilatın maliyyə nəticəsinə silinir. Bunun üçün aşağıdakı mühasibat yazılışı tərtib edilir.

9 Təqsirkar şəxs müəyyən edilməzsə 80 84

Sənədlər.

"Aktivlərin və öhdəliklərin invеntarizasiyası Qaydaları"

İnventarizasiya cədvəlləri

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!