Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 25.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Mühasibat uçotunun əsasları


Bölüm Məzmun Əsas
Mühasibat uçotunun anlayışı

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

 
Mühasibat uçotunun məcburiliyi Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

Qeyd

AR "Mühasibat uçotu haqqında" Qanun,Maddə 3
Mühasibat uçotunun funksiyaları Müəssisədə mühasibat uçotunun bir neçə əsas funksiyası vardır onlar:
  • İnformasiya (məlumatvermə) funksiyası
  • Əmlakın qorunub saxlanması
  • Analitik
  • Nəzarət
 
Mühasibat uçotunun məqsədi Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır:
  • maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
  • əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
  • maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.
 
Mühasibat uçotunun əsas prinsipləri Mühasibat uçotunun əsas prinsipləri aşağıdakılardır:
  • mühasibat uçotunun fasiləsizliyi - müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı Mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;
  • mühasibat uçotu hesablarının tətbiqi - müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərini yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;
  • təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı - müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;
  • təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı - müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin—ehtiyatlılığın təmin edilməsi;
  • qiymətləndirmənin təminatı - müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.
 
Maliyyə hesabatlarının istifadəçiləri Maliyyə hesabatlarının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərmayədarlardan, borcverən və kreditorlardan, muzdlu işçilərdən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə işgüzar təmas qruplarından ibarətdir.

Qeyd

Kommersiya təşkilatlari ucun milli muhasibat ucotu standartlarinin konseptual əsaslari
Hesablar planı Mühasibat uçotu hesabı - təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasib uçotunda, digər informasiyanın qruplaşdırılması və saxlanılması üçün əsas vahiddir. Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasına xidmət edir.
Analitik hesab isə sintetik hesabın daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatları daha təfsilatı ilə qruplaşdırır. Subhesab qruplaşdırılmış analitik uçot məlumatlarının özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir.

Mühasibat uçotunun hesablar planı - mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur.

 
Hesabatlar Maliyyə hesabatları müəssisə tərəfindən həyata keçirilən əməliyyatların və maliyyə vəziyyətinin strukturlaşdırılmış maliyyə təqdimatıdır. Maliyyə hesabatlarının məqsədi bu hesabatların istifadəçiləri tərəfindən düzgün iqtisadi qərarların qəbul edilməsi zamanı, habelə, geniş istifadəçi kütləsi üçün faydalı olan müəssisənin maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında məlumatların təqdim edilməsidir.

Maliyyə hesabatlarının tam məcmusu aşağıdakılardan ibarətdir:

  • Mühasibat balansı;
  • Mənfəət və zərər haqqında hesabat;
  • Kapitalda dəyişikliklər haqqında hesabat;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
  • Uçot siyasəti və izahlı qeydlər.
 
MMUS Milli Mühasibat Uçotu Standartları - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən mühasibat uçotu standartlarıdır.

Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhlər və Tövsiyələr - müvafiq icra hakimiyyəti orqanı tərəfindən Milli Mühasibat Uçotu Standartlarının müddəalarının şərh olunması məqsədilə işlənib hazırlanmış və təsdiq edilmiş metodoloci təlimatlardır.

AR "Mühasibat uçotu haqqında" Qanun,Maddə 2
Qanunvericilik "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu

Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının konseptual əsasları


   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!