Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 09.12.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Qeyri-maddi aktivlərin qiymətləndirilməsi


İlkin qiymətləndirmə.

12 saylı Milli Mühasibat Uçotu Standartına əsasən qeyri-maddi aktivin ilkin qiymətləndirilməsi onun ilkin dəyəri əsasında aparılmalıdır.

AR Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və AR Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

AR Vergi Məcəlləsinin 118-ci "Qeyrimaddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması" maddəsinə əsasən:

  • Hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyrimaddi obyektlərə çəkilən xərclər qeyrimaddi aktivlərə aiddir.
  • Qeyrimaddi aktivlərə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
  • Qeyrimaddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyrimaddi aktivlərin dəyərinə aid edilmir.

Yenidən qiymətləndirmə.

Müəssisə qeyri-maddi aktivi qiymətləndirmək məqsədilə öz uçot siyasətini ya ilkin dəyər modelinə, ya da yenidənqiymətləndirmə modelinə əsasən müəyyən etməlidir. Əgər qeyri-maddi aktiv yenidənqiymətləndirmə modelindən istifadə olunmaqla uçota alınarsa, bu sinfə aid edilə bilən bütün digər aktivlər də, onlar üçün fəal bazar mövcud olmadığı hallar istisna olmaqla, həmin model əsasında qiymətləndirilməlidir.

İlkin tanınmadan sonra qeyri-maddi aktiv, onun dəyərindən hər hansı yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxılmaqla yenidənqiymətləndirmə tarixinə onun ədalətli dəyəri olan yenidənqiymətləndirmə dəyəri ilə təqdim olunmalıdır. Bu Standart çərçivəsində, ədalətli dəyər yenidənqiymətləndirmə məqsədləri üçün fəal bazarın məlumatlarına istinadən müəyyən edilməlidir. Balans hesabatı təqdim olunduğu tarixə aktivin balans dəyərinin onun ədalətli dəyərindən kəskin fərqlənməməsi məqsədilə yenidənqiymətləndirmə kifayət qədər müntəzəm şəkildə həyata keçirilməlidir.

Qeyri-maddi aktiv yenidən qiymətləndirildikdə, yenidənqiymətləndirmə tarixinə olan hər hansı yığılmış amortizasiya aktivin ümumi balans dəyərindən çıxılır və qalan xalis məbləğ aktivin yenidənqiymətləndirmə dəyərinə bərabər olması üçün yenidən hesablanır.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!