Mühasibat uçotu
   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçotun təşkili
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi
   Sahələr
   Mühasibat uçotu tikintidə
   Mühasibat uçotu ticarətdə
   Mühasibat uçotu istehsalda
   Məhkəmə-mühasibat ekpertizası

   Hikməti-nur
Ac adamı qurd yeməz.

Atalar sözü

Financial Manager
Baş mühasib
Baş mühasib
Baş mühasibin müavini
Главный бухгалтер
Главный бухгалтер
Mühasib
Yeni kitablar


Ana səhifə Mühasibat uçotu Vergilər İdarəetmə uçotu Hüquq İFRS Audit Accountsoft Sertifikasiyalar Qanunvericilik Kitabxana Məqalələr
   
Mühasibat uçotu - Əsas vəsaitlər - Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)

Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)


Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablamaqla həyata keçirilir.

Amortizasiya - əsas vəsaitlərin dəyərinin istehsal edilmiş məhsula(işlərə, xidmətlərə) hissə-hissə keçirilməsidir.

Misal

Mühasibat uçotunda bir neçə amortizasiya metodu var:

  • düzxətli metod;
  • qalıq dəyəri metodu;
  • istehsal metodu;
  • istifadə müddətinin illərinin cəmi metodu.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
  • binalar, tikililər və qurğular - 7%-dək;
  • maşınlar, avadanlıq və hesablama texnikası - 25%-dək;
  • nəqliyyat vasitələri - 25%-dək;
  • iş heyvanları - 20%-dək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25%-dək;
  • qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər - 20%-dək;
Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

İlin sonuna əsas vəsaitlərin qalıq dəyəri aşağıdakı üsul ilə müəyyən edilir:

İlin sonuna ƏV qalıq dəyəri = İlin əvvəlinə ƏV qalıq dəyəri + cari ildə daxil olmuş ƏV dəyəri - təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 100 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan ƏV dəyəri.

Misal

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.
Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Amortizasiya olunmur.
Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;
  • məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);
  • heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;
  • istismar vaxtı çatmayan çoxillik əkmələr;
  • kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);
  • tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;
  • konservasiya edilmiş əsas vəsaitlər;
  • ümumi istifadədə olan avtomobil yolları;
  • ümumi istifadədə olan parklardakı avadanlıqlar;
  • istismara verilməmiş anbarda olan əsas vəsaitlər.
Müəssisəsinin öz mülkiyyətində olan və uzunmüddəicarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün hesablar planında 02 N -li «Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)» hesabı nəzərdə tutulmuşdur.
02 N-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabına aşağıdakı subhesablar açıla bilər:
02-1 "Xüsusi əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" ;
02-2 "Uzunmüddətə icarəyə götürülmüş əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)"

Əsas vəsaitlərin amortizasiyasını əks etdirən müvafiq mühasibat yazılışları aparılır.
N Əməliyyatın məzmunu Debet Kredit
1 Əsas vəsaitlərin illik amortizasiyasının hesablanması 20,23.26,44 02
2 Əsas vəsaitlər təsərrüfatdan çıxdıqda(satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlara hesablanmış köhnəlmə məbləğinin silinməsi 02 47

02 N -li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiya)" hesabı üzrə analitik uçot hər bir əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.

 
Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

 Copyright 2012. All rights reserved.