Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 26.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Əsas vəsaitlərin qiymətləndirilməsi


Əsas vəsaitlər ilk, qalıq və bərpa dəyəri ilə qiymətləndirilə bilərlər.

Əsas vəsaitlər mühasibat uçotunda ilk dəyəri ilə, yəni onların alınmasına, quraşdırılmasına və hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirilir, ƏDV və sair əvəzləşdirilən vergilərdən başqa

AR Vergi Məcəlləsi, Maddə 143. Aktivlərin dəyəri

Əsas vəsait təsisçilərdən pay qoyuluşu şəklində qəbul edildikdə, onun ilkin dəyəri həmin dövrün bazar qiymətləri əsas götürülməklə razılaşdırılmış dəyərlə müəyyən olunur.
Əvəzsiz maliyyə yardımı şəklində alınan əsas vəsaitlərin ilkin dəyəri onların uçota götürüldüyü tarixə bazar qiymətləri ilə müəyyən olunur.
Dəyişmə müqaviləsi əsasında alınan əsas vəsaitlərin ilkin dəyəri dəyişdirilən aktivlərin dəyəri ilə ölçülür. Dəyişdirilən aktivlərin dəyərini müəyyən etmək mümkün olmadıqda, ilkin dəyər analoji əsas vəsaitlərin həmin dövrdə alınmasına çəkilən xərclər ilə müəyyən edilir.

Əsas vəsaitlərin ilk dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, yeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişə bilər.

Qalıq dəyəri - əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin fərqidir. Müəssisə balansında əsas vəsaitlər qalıq dəyərləri ilə əks etdirilir.

Əsas vəsaitlərin bərpa dəyəri, dedikdə, müasir şəraitdə onların yenidən qiymətləndirilməsindən sonra müəyyən edilən dəyəri başa düşülür. Yenidən qiymətləndirmə barədə qərar qəbul olunduqda, nəzərə almaq lazımdır ki, bu əsas vəsaitlər müntəzəm olaraq yenidən qiymətləndirilməlidirlər ki, onların dəyəri cari bərpa dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməsin.

   Baş səhifə
   Mühasibat uçotunun əsasları
   Əsas vəsaitlər
   Qeyri-maddi aktivlər
   Ehtiyatlar
   İşçilərlə hesablaşmalar
   İstehsalat məsrəfləri
   Pul vəsaitləri
   Hesablaşmalar və Öhdəliklər
   Maliyyə nəticələri
   Vergilər
   Hesabatlar
   Uçot siyasəti
   İlkin sənədlər
   Hesablar Planı
   MMUS
   İnventarizasiya
   Məsuliyyət
   Peşə Standartları
   Vəzifə öhdəlikləri
   İstehsalat təqvimi
   Terminlər
   Mühasibat uçotunun tarixi



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!