Əmək haqqının hesablanması 70-ci hesabın krediti üzrə aparılır. Müxabirləşmənin debet tərəfində xərclərin uçotu üzrə hesablar olur.
| Dt | Kt | Məbləğ | Əməliyyatın məzmunu |
| 08 | 70 | 10 000 | Əsas vəsaitlərin tikintisi ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
|
| 10, 15 | 70 | 1 000 | Materialların təchizatı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
|
| 20 | 70 | 20 000 | Əsas istehsalda çalışan işçilərin əmək haqqının hesablanması
|
| 23 | 70 | 2 200 | Köməkçi istehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
|
| 25 | 70 | 220 | Ümumistehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
|
| 26 | 70 | 15 000 | Administrativ və idarəetmədə çalışan işçilərin əmək haqqının hesablanması
|
| 44 | 70 | 1 000 | Hazır məhsulun satışı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
|