Xarici auditorlar banklar və iri şirkətlərdəki problemləri ortaya çıxara bilmədi

2018-03-05 | Audit | 2227

Azərbaycanda iri şirkətlərin auditinin xarici və yerli auditorlar tərəfindən birgə aparılması daha məqsədə uyğundur.

Belə bir təkliflə Azərbaycan parlamentinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bu gün Bakıda "Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq" mövzusunda keçirilən elmi-praktiki konfrans zamanı çıxış edib.

Onun sözlərinə görə, banklar və iri şirkətlər xarici auditorlar tərəfindən yoxlanılsa da, problemlər ortaya çıxarılmamış və son nəticədə, yük dövlətin üzərinə düşüb.

Z.Səmədzadə qeyd edib ki, ona görə də bankların və iri şirkətlərin xarici auditorlar tərəfindən yoxlanılması prosesində Auditorlar Palatasının tövsiyə etdiyi yerli auditorların da iştirakı yaxşı nəticə verə bilər.

Mənbə: http://marja.az/news/21344

Audit bölümünün son xəbərləri

2021-09-23 | Daxili audit kadrlarının hazırlanması üzrə təlim keçiriləcək
2021-07-23 | Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit.
2021-02-11 | İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!
2020-09-26 | Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimatın layihəsi müzakirə edilib
2020-09-16 | Azərbaycanda auditorlar üçün çətin günlər başlayır – YOXLAMA VƏ QADAĞALAR
2020-08-28 | Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN İmtahan keçirdir
2020-06-22 | Azərbaycanda auditorların reytinqi açıqlanıb
2020-06-12 | Maliyyə hesabatlarının şəffaflaşmasında məcburi auditin rolu
2020-06-09 | Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
2020-06-01 | Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!