Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Xaricdə təhsil alan tələbənin yataqxana xərcləri ilə bağlı elektron qaydada üdənilən vəsaitdən bank tərəfindən ƏDV tutulmalıdırmı?


Cavab

"Elektron ticarət haqqında" Azərbaycan Respublikasının 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, informasiya sistemlərindən istifadə edilməklə malların alğı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət hesab olunur.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində həmin Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), XI fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Qeyd olunanlara əsasən:

Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən tələbə yataqxanasının xərclərinin elektron şəkildə ödənilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Mənbə: http://www.vergiler.az/art-view2/7162

2018-05-29 | Vergilər | Baxılıb: 1996 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!