Sertifikasiyalar - CFA


Sertifikaın vətəni: ABŞ
Rəsmi saytları: www.cfainstitute.org
Təlimin müddəti: 3 ildən çox olmayaraq.
Təlimin qiyməti: 4 050 AZN + 1 100$ - hər imtahana görə.
Dil: Ingilis

CFA (Chartered Financial Analyst) - Maliyyə və investisiya sahəsində ən çox tanınmış sertifikatdır. Bu sertifikat İnvestisiyaların İdarəedilməsi və Araşdırmalar Assosiyasiyası (AIMR) tərəfindən verilir. İmtahanlar bütün dünyada eyni qaydalarla verilir, bu da ki, imtahanlardan keçmiş azərbaycan ekpertlərinin beynəlxalq təşkilatlatlar tərəfindən tanınmasını təmin edir.

CFA sertifikatını almaq üçün namizəd ardıcıl olaraq 3 imtahandan müvəffəqiyyətlə keçməlı, və, eyni zamanda, onun maliyyə və investisiya sahəsində 3 il iş təcrübəsi olmalıdır. Bundan başqa, CFA sertifikatını almaq üçün namizəd CFA institutunun gəbul etdiyi etik kodeksini və peşəkar davranış standartlarını qəbul etməlidir, CFA İnstitutunun qeydiyyatından keçməli və yerli, CFA İnstitutuna daxil olan, təşkilatın üzvü olmalıdır.

Sertifikatlaşmanın dəyəri iki hissədən ibarətdir. Birinci - CFA proqramına qeydiyyat haqqı. Bu məbləğ bir dəfə ödənilir. İkinci - hər imtahanın qeydiyyat qiyməti. Qeydiyyatın qiyməti qeydiyyat müddətinə görə 250 - 450 $ təşkil edir, bir imtahanın qeydiyyat qiyməti isə 250 - 550 $. Bundan başqa, o ölkələrdə ki AİMR-rın öz nümayəndəliyi yoxdursa (Azərbaycan bura daxildir) əlavə 50 $ ödənilməlidir.

İmtahanlardan başqa xərclərin böyük hissəsini imtahana hazırlaşmaq üçün aldığınız kitabların dəyəri təşkil edəcək. Birinci səviyyənin imtahanlarına hazırlaşmaq üçün lazımlı olan kitabların qiyməti təxmini 400$ təşkil edəcək. Onları siz sifarış edə bilərsiniz. Beləliklə, cəmi imtahana hazırlaşmaq və imtahana daxil olmaq 950 - 1450$ təşkil edəcək.

Hazırlaşma proqramına daxildir: makro- və mikroiqtisadiyyat, hesablama metodları, maliyyə hesabatları və onların təhlili, korporativ maliyyə, portfel investisiyaların idarəedilməsi, maliyyə instrumentləri, maliyyə bazarlarının digər instrumentləri, alternativ investisiyalar. İmtahanları ABŞ-da, bəzi Avropa ölkələrində və Moskvada (www.cfarussia.ru) vermək olar. İmtahan bütün dünyada eyni vaxtda ingilis dilində verilir. Sertifikatlaşdırma proqramının müsbət cəhətlərinə onu aid etmək olar ki, CFA imtahanları bütün dünyada eynidir və mərkəzləşdirilibdir, və onlar başqa imtahanlardan daha çətindirlər.

CFA setifikatı, imtahanın verildiyi ölkədən asılı olmayaraq bütün dünyada tanınır, və bu sizə xarici işverənlər, malgöndərənlər, müştərilər ilə əlaqə yaratdığınız zaman böyük köməyi olacaq. Proqramın mənfi cəhəti isə, ondan ibarətdir ki, azərbaycan bazarının xüsusiyyətləri nə tədris proqramına nə də imtahana daxil deyildir.

CFA-in tədris proqramı xeyli "amerikanlaşdırılıb", baxmayaraq ki təşkilat beynəlxalq təşkilatdır, onun komitəsinin 90% ABŞ təmsil edir.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!