Sertifikasiyalar - MMK


Sertifikaın vətəni: Azərbaycan
Rəsmi saytı: www.grbs.com
Təlimin müddəti: ortalama olaraq 1-2 il.
Təlimin qiyməti: hər fən üzrə ortalama olaraq 600 AZN.
Dil: Azərbaycan

 GRBS® Beynəlxalq Tədris Mərkəzi Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində Milli Mühasibatlıq Kvalifikasiyası üzrə Azərbaycan və Rus dillərində tədris və milli sertifikatlaşdırma proqramını təqdim edir! Milli Mühasibatlıq Kvalifikasiyası - Azərbaycanda Mühasib və Auditorlar üçün beynəlxalq səviyyədə tanınan yeganə milli peşəkar kvalifikasiyadır.

 Milli Mühasibatlıq Kvalifikasiyası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş 29 iyun 2004-cü il tarixli "Mühasibat Uçotu Haqqında" Azərbaycan Respublikası Qanununa əsaslanaraq hazırlanmmışdır. Bu qanuna əsasən Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlər 01 yanvar 2008-ci il tarixindən etibarən Milli və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməlidir. GRBS® Beynəlxalq Tədris Mərkəzi bu qanunu rəhbər tutaraq, Azərbaycanda kadr potensialının gücləndirilməsi məqsədi ilə beynəlxalq ixtisaslaşdırma proqramları əsasında Milli Mühasibatlıq Kvalifikasiyası üzrə mərhələli şəkildə təşkil olunmuş milli sertifikatlaşdırma proqramı hazırlamışdır. Milli Mühasibatlıq Kvalifikasiyası mühasibat uçotu, maliyyə idarəetməsi, vergi uçotu, beynəlxalq və milli maliyyə hesabatı standartları üzrə mütəxəssislərin nəzəri bilik və praktiki bacarıqlarını artırmaqla təşkilatınızın sürətlə inkişaf edən müasir iqtisadi şəraitdə daha rəqabətə dözümlü olmasına və inkişaf etməsinə yardım edir.

MİLLİ PEŞƏKAR KVALİFİKASİYANIN STRUKTURU

GRBS® tərəfindən hal-hazırda Milli Mühasibat Kvalifikasiyası üzrə aşağıdakı istiqamətlərdə hazırlıq kursları təklif olunur:

Azərbaycan dilində

  1. Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar);
  2. İdarəetmə Uçotu üzrə Milli Sertifikat;
  3. Vergi Uçotu üzrə Milli Sertifikat;
  4. Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;
  5. Büdcə Təşkilatları üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;
  6. Qeyri-hökumət Təşkilatları üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;

Rus dilində

  1. Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar);
  2. İdarəetmə Uçotu üzrə Milli Sertifikat;
  3. Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom;

TƏDRİS VƏSAİTLƏRİ

Azərbaycan dilində keçirilən kurslar üçün tədris vəsaitləri: Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar), İdarəetmə Uçotu üzrə Milli Sertifikat, Kommersiya, Büdcə və Qeyri-hökumət təşkilatları (QHT) üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom hazırlıq kurslarında istifadə edilən tədris vəsaitləri dünyanın 180-dən çox ölkəsində yayılmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Assosiation of Chartered Certified Accountants (ACCA)) 50 illik təcrübəyə malik rəsmi nəşriyyatı "BPP Learning Media" tərəfindən hazırlanmış ACCA Kvalifikasiyası üzrə ingilis dilli tədris materiallarının Azərbaycan dilinə GRBS® tərəfindən ekskluziv rəsmi tərcüməsi əsasında yaradılmışdır. Vergi Uçotu kursunun tədris materialları isə Azərbaycan Respublikasında hal-hazırda qüvvədə olan Vergi Qanunvericiliyi əsasında yaradılmışdır.

Rus dilində keçirilən kurslar üçün tədris vəsaitləri: Hər bir kurs üçün ACCA (Assosiation of Chartered Certified Accountants) tərəfindən təsdiq edilmiş proqramlar üzrə Rus dilində hazırlanmış tədris vəsaitlərindən istifadə edilir.

MİLLİ SERTİFİKATLAŞDIRICI İMTAHAN

Milli Sertifikatlaşdırıcı İmtahanları uğurla verәn namizәdlәr 105 illik tarixә malik imtiyazlı Sertifikatlaşdırılmış Mühasiblәr Assosiasiyası tәrәfindәn (ACCA) Azәrbaycan Respublikasında yeganә akkreditә edilmiş Tәdris Partnyoru GRBS® vә Beynәlxalq Mühasiblәr Federasiyasının (IFAC) üzvü Azәrbaycan Respublikası Auditorlar Palatası tәrәfindәn tәqdim edilәn vә beynәlxalq Diplom vә Sertifikatlarla tәltif olunurlar.

QEYDLƏR və TÖVSİYYƏLƏR

Mühasibat Uçotu (beynəlxalq, əsaslar) üzrə Milli Sertifikat və İdarəetmə Uçotu üzrə Milli Sertifikat hazırlıq kursları müvafiq olaraq ACCA Kvalifikasiyasının Financial Accounting (F3), Management Accounting (F2) səviyyəsinə uyğun olub, mühasibatlıq və maliyyə sahəsini yeni öyrənən və ya kifayət qədər təcrübəyə malik olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu kurslarda iştirak etmək üçün hər hansı təcrübə məhdudiyyəti yoxdur.

Vergi Uçotu üzrə Milli Sertifikat üzrə hazırlıq kursu Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi əsasında hazırlanmışdır və vergitutma sahəsini yeni öyrənən və ya kifayət qədər təcrübəyə malik olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu kurslarda həmçinin iştirak etmək üçün hər hansı təcrübə məhdudiyyəti yoxdur.

Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom üzrə hazırlıq kursları isə mühasibatlıq və maliyyə sahəsində daha ali kurs olub, Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə ACCA Diplomu (ACCA Diploma in International Financial Reporting) kvalifikasiyasına uyğundur və həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Milli Maliyyə Hesabatı Standartlarını da tam şəkildə əhatə edir. Bu kurslar mühasibatlıq və maliyyə sahəsində ən azı 3 (üç) illik təcrübəyə və ya müvafiq ali təhsil və 2 (iki) illik müvafiq təcrübəyə malik şəxslər üçün nəzərdə tutulmuşdur.

QHT və Büdcə Təşkilatları üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom üzrə hazırlıq kursları isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Milli Maliyyə Hesabatı Standartlarına və beynəlxalq formatların tələblərinə əsasən hazırlanmışdır. Bu kurslar mühasibatlıq və maliyyə sahəsində ən azı 3 (üç) illik təcrübəyə və ya müvafiq ali təhsil və 2 (iki) illik müvafiq təcrübəyə malik şəxslər üçün nəzərdə tutulmuşdur.

Əgər iştirakçıların Beynəlxalq və Milli Maliyyə Hesabatı Standartları üzrə hazırlıq kurslarında iştirak üçün müvafiq təcrübəsi yoxdursa və/və ya kurs materialının mənimsəniləcəyinə əmin deyillərsə, o zaman iştirakçının ilk növbədə Mühasibat Uçotu üzrə Milli Sertifikat hazırlıq kursunda iştirakı zəruridir, İdarəetmə və Vergi Uçotu üzrə hazırlıq kurslarında iştirakı isə tərəfimizdən tövsiyə olunur.

Məlumatlar www.grbs.com saytından götürülmüşdür.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!