Sertifikasiyalar - CAP/CIPA


Sertifikaın vətəni: Sertifikatlı Mühasib və Auditorların Avrasiya Birliyi (MDB ölkələri)
Rəsmi saytı: www.capcipa.info,www.capcipa.ua
Təlimin müddəti: ortalama 2-3 il.
Təlimin qiyməti: hər fənn üzrə təxmini 800 AZN.
Dil: Rus

CAP / CIPA (Certified International Professional Accountant) - Sertifikatlı Beynəlxalq Peşəkar Mühasib - böyük və tez inkişaf edən beynəlxalq kvalifikasiya proqramıdır. Bu proqram özündə 90 000 tələbə və 150 000 peşəkar təşkilatın üzvlərini birləşdirir.

Proqram Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) əsasında tərtib edilib, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tədris standartlarına və BMT-nin ticarət və inkişaf üzrə Konferensiyasının Dövlətlərarası işçi qrupu (UNCTAD/ISAR) tərəfindən hazırlanan tədris planına uyğundur.

CIPA peşəkar kvalifikasiya kimi bir çox ölkələrdə dövlət səviyyəsində tanınır. CİPA peşəkar kvalifikasiyası iştirakçılarının dünyanın ən böyük maliyyə mərkəzlərində iş tapmaq imkanlarını artırır.

CİPA proqramı beynəlxalq səviyyədə aşağıda göstərilən qurumlar tərəfindən tanınır:

The International Federation of Accountants [IFAC] - Beynəlxalq Mühasiblər Federasiyası - dünyada mühasibatlıq peşəsini idarə edən ən iri beynəlxalq təşkilat.

The International Accounting Standards Committee Foundation [IASСB] - Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Şurası

The American Institute of Certified Public Accountants (AICPA)

The Institute of Chartered Accountants in England and Wales (ICAEW)

CAP səviyyəli sertifikat almaq üçün aşağıda göstərilən tələblərə cavab vermək lazımdır:

  • Maliyyə sahəsində ən azı 1 il iş təcrübəsi
  • Peşəkar təşkilatın üzvü olmaq
  • Kvalifikasiya imtahanlarını vermək
CIPA səviyyəli sertifikat almaq üçün aşağıda göstərilən tələblərə cavab vermək lazımdır:
  • Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi
  • Peşəkar təşkilatın üzvü olmaq
  • Kvalifikasiya imtahanlarını vermək

Hər iştirakçıya CAP imtahanlarından keçmək üçün 5 il vaxt verilir. CİPA imtahanlarından keçmək üçün də hər iştirakçıya 5 il vaxt verilir.

Proqram 3 hissədən ibarətdir.

Tədris

CAP/CIPA kvalifikasiya proqramı üzrə tədrisi tədris mərkəzləri, istitutlar, universitetlər, peşəkar təşkilatlar və müstəqil müəlimlər keçirlər. Tədris qrup, fərdi, distansion şəklində keçirilir. Eyni zamanda iştirakçı özü imtahanlara hazırlaşa bilər. Bütün akkreditə edilmiş tədris təşkilatları tədris proqramı və vəsaitləri ilə təmin olunurlar.

İmtahan

CAP/CIPA proqramı üzrə imtahanlar müstəqil, ciddi, MDB ərazisində eyni zamanda keçirilən və professional idarə edilirlər.

Sertifikasiya

CIPA proqramı üzrə 2 kvalifikasiya səviyyəsi vardır

CAP - (Certified Accounting Practitioner) - Sertifikatlı Təçrübəli Mühasib.

CAP sertifikatı təsdiq edir ki, onun sahibi Beynəlxalq Maliyyə Hesabatları Standartlarını bilir və praktiki tətbiq etməyini bacarır (bir neçə mürəkkəb standartlar - əsasən korporativ hesabatlara və maliyyə instrumentlərinin uçotuna aid - istisna olmaqla); idarəetmə uçotunun əsaslarını bilir, və bir çox orta şirkətlərin mühasibləri üçün vacib olan verqi və hüququ bilir.

CAP səviyyəli kvalifikasiyanı almaq üçün aşağıda göstərilən imtahanlardan müvəffəqiyyətlə keçmək lazımdır:

  • Maliyyə uçotu 1
  • İdarəetmə uçotu 1
  • Vergi və Hüquq
Keçid balı - 75 baldır.

Əlavə olaraq, iştirakçının 1 il iş təcrübəsi və peşəkar təşkilatda üzv olmalıdır.

CAP kvalifikasiya imtahanları keçildikdən sonra iştirakçı sertifikat almaq üçün üzv olduğu peşəkar təşkilata müraciət edir (Azərbaycanda bu Azərbaycan Auditorlar Palatası ola bilər) və müvafiq sənədləri təqdim edir.

CIPA - (Certified International Professional Accountant) - Sertifikatlı Beynəlxalq Peşəkar Mühasib.

CIPA sertifikatı təsdiq edir ki, onun sahibi Beynəlxalq Maliyyə Hesabatları Standartlarını bilir və praktiki tətbiq etməyini bacarır, idarəetmə uçotu, maliyyə, audit və informasiya idarəetmə sistemləri sahəsində peşəkar biliklərə və analitik bacarıqlara malikdir. Maliyyə idarəedilməsi məsələlərində peşəkar mühakimə tətbiq edə bilər.

CIPA səviyyəli kvalifikasiyanı almaq üçün aşağıda göstərilən imtahanlardan müvəffəqiyyətlə keçmək lazımdır:

  • Maliyyə uçotu 1
  • İdarəetmə uçotu 1
  • Vergi və Hüquq
  • Maliyyə uçotu 2
  • İdarəetmə uçotu 2
  • Maliyyə menecmenti
  • Audit
  • İnformasiya idarəetmə sistemləri
Keçid balı - 75 baldır.

Əlavə olaraq, iştirakçının 3 il iş təcrübəsi və peşəkar təşkilatda üzv olmalıdır.

CIPA kvalifikasiya imtahanları keçildikdən sonra iştirakçı sertifikat almaq üçün üzv olduğu peşəkar təşkilata müraciət edir (Azərbaycanda bu Azərbaycan Auditorlar Palatası ola bilər) və müvafiq sənədləri təqdim edir.

CAP və CIPA imtahanları eyni vaxtda keçirilir.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!