Tam ortaqlıq

Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar.

Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər.

Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və "tam ortaqlıq" sözləri daxil edilməli və ya "və ortaqları" və "tam ortaqlıq" sözləri əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir.

Normativ-hüquqi aktlar:

AR Mülki Məcəlləsi, Maddələr: 69

Yazı sonuncu dəfə 2023-10-25 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!