Mülki hüquq münasibətlərinin subyektləri

Mülki hüquq münasibətlərinin subyektləri bu münasibətlərdə çıxış edən iştirakçılardır. Həmin münasibətlər ən azı iki subyekt arasında yaranır. Onlar qarşılıqlı hüquq və vəzifələrə malikdirlər.

İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.

Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir.

Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

Normativ-hüquqi aktlar:

AR Mülki Məcəlləsi, Maddə 5

Yazı sonuncu dəfə 2023-10-22 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!