İtirilən vəsaitləri necə geri qaytarmaq olar?
2019-02-25 | Accountsoft | 2807"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda Bakıda keçirilmiş forumda "McKinsey Company" şirkətinin partnyoru Daniel Korn çıxış edərək bildirib ki, təmsil etdiyi şirkət dünya ölkələrində iqtisadiyyatın itkilərini və müasir texnologiyaların tətbiqindən gələn faydaları araşdırıb. Məlum olub ki, 2015-ci ildə dünya üzrə hökumətlər 23 trilyon ABŞ dolları həcmində gəlirlərini itiriblər. Bunun 5 trilyon dollarını məhz vergi və gömrük rüsumlarından itirilən məbləğ təşkil edir. Ekspertlər bunu "kölgə iqtisadiyyatı"nın nəticəsi kimi dəyərləndirirlər.
Daniel Kornun fikrincə, düzgün transformasiya fəaliyyətləri qurularsa, həmin itkinin ən azı 1 trilyon dollarını geri qaytarmaq olar: "Təhlillər göstərir ki, 2055-ci ilədək iş imkanlarının 50 faizi avtomatlaşdırıla bilər. Biz vergi ödəyicilərinin və müştərilərin gözləntiləri yüksək olan mühitdə işləyirik. Müştərilərin, xüsusilə özəl sektorda çalışanların gözləntiləri əvvəlki illərlə müqayisədə heç vaxt bu qədər yüksək olmayıb".
D.Korn texnologiya və vergilərin idarə olunması baxımından bəzi elementlərdə irəliləyişlərin olduğunu deyib. Onun sözlərinə görə, məlumatların 90 faizi ötən 2 il ərzində formalaşdırılıb və artım sürətlənib. Digər tərəfdənsə məlumatların saxlanması xərcləri azalıb, əlçatanlıq yüksəlib: "Bu baxımdan, sonuncu trend odur ki, bazarda yeni güclü kompüterlər və alqoritmlər formalaşır. Kompüterlərin imkanları genişlənir, alqoritmlər məlumatlarla bağlı əldə edilən elmi nailiyyətlər və kompüterlərin gücündən istifadə xərclərini azaltmağa imkan verir".
"McKinsey Company"nin təmsilçisi məlumatların təhlilinin gəlirlərin artmasındakı əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dünyanın 60 aparıcı şirkətində aparılan təhlillər nəticəsində analitikaya sərmayə yatıranların öz rəqiblərini xeyli geridə qoyduqları məlum olub: "Əgər həmin şirkətlərdə 5 illik gəlirlər üçün illik artım dərəcəsi 3,4 faiz təşkil edirsə, digər şirkətlərdə bu göstərici 1,4 faizdir. Təhlilə üstünlük verilən şirkətlərdə vergi, köhnəlmə və amortizasiya öncəsi gəlirlərdə illik artım dərəcəsi 5,1 faiz, digər şirkətlərdə isə cəmi 2,1 faiz təşkil edir.
D.Kornun sözlərinə görə, özəl şirkətlərdə müştəri yönümlü dizaynla çatdırılmada istifadə edilən innovasiyanın sürəti kəskin artıb. Burada vergi ödəyicilərinin gözləntilərini də nəzərə almağın vacibliyi vurğulanıb. Bildirilib ki, "Uber", "Amazon", "Netflix", "Domino`s Pizza" kimi şirkətlər müştərilərinə çoxkanallı çıxış təqdim etdikləri üçün sürətli və daha rahat qarşılıqlı əlaqə qurmağa imkan verirlər: "Müasir dünya belə şirkətlərin xidmətləri dünyasıdır. Bu kimi təcrübəni vergi ödəyiciləri dövlət orqanlarından da gözləyirlər".
Qeyd olunub ki, "McKinsey Company" Kanada, ABŞ, Meksika və üç Avropa ölkəsində müştəri məmnuniyyətinin səviyyəsini ölçmək üçün tədqiqatlar aparıb. Araşdırmaya 20 min nəfərdən artıq müştəri cəlb edilib. Onlardan həm özəl, həm də dövlət müəssisələrinin xidmətlərindən razı olub-olmadıqları soruşulub. Bütün 6 ölkədə yuxarı pillələri özəl sektor təmsilçiləri tutub. Tədqiqat göstərir ki, dövlət orqanları müştəri məmuniyyəti baxımından özəl xidmət sektorlarından geri qalıblar: "Biz tədqiqat zamanı vergi orqanlarının rəqəmsal nailiyyətlərdən faydalandığını görürük. Analitikadan istifadə həcminə nəzər saldıqda, bəzi səviyyələrdə irəliləyişlər var. Tədqiqat göstərdi ki, heç də bütün vergi orqanlarında avtomatlaşdırılmış texnologiyalardan istifadə olunmur. Səbəblərdən biri seçim məsələsidir. Bəzi vergi orqanları özəlləşdirmə zamanı daha çox auditdən, ənənəvi vergi praktikalarından istifadə edirlər. Daha dərin təhlillərin həyata keçirilməsi üçün məlumat bazalarından müfəssəl şəkildə istifadə etmək vacibdir".
D.Korn kiçik və orta sahibkarlarla bağlı təhlillər aparıldığını diqqətə çatdıraraq bildirib ki, yeni məlumat mənbələri, əsaslı modelləşdirmə və audit prosesinin yenidən dizayn edilməsi vergi orqanları üçün 400 milyon ABŞ dollarından çox əlavə gəlir gətirib: "Çox vaxt görürük ki, kiçik və orta sahibkarlarla bağlı potensialdan lazımınca istifadə olunmur. Burada daha fərqli yanaşmadan istifadə etmək lazımdır . Varlı insanları lazımınca əhatə etmək üçün sosial şəbəkələrdə təhlillər aparılması məqsədəuyğundur. Burada daha çox diferensial yanaşma tələb olunur. Vergi orqanları diferensial yanaşmadan istifadə etdikdə kiçik və orta sahibkarlıq subyektlərinin, müəssisələrin vergi intizamı baxımından fəaliyyətlərini düzgün qurmalarına əmin olurlar. Burada müxtəlif həvəsləndirici və digər üsullardan istifadə edirlər. Bəzi vergi orqanları bankların təcrübəsindən də yararlanırlar. Bu, vergi sistemlərinə şirkətlərin müflis olacağını öncədən görməyə imkan verir. Belə təcrübələr toplanılmamış vergilərin həcminin ciddi məbləğdə azalmasına gətirib çıxarıb".
Ekspert vergi orqanları üçün uğur meyarları barədə mülahizələrini paylaşaraq qeyd edib ki, idarəetmədə yeni bacarıqların formalaşmasına üstünlük verilməlidir: "Vergi və dövlət orqanlarına bacarıqlı, təcrübəli və istedadlı işçilərin cəlb olunması ilə yanaşı, yeni səriştələrin formalaşmasına ehtiyac var. Bacarıqların təşkilata uyğunlaşdırılması, yeni innovasiyaların tətbiqi və məlumat əsaslı qərarların qəbulu məsələsinə diqqət ayırmaq lazımdır. Digər tərəfdən, məlumat bazaları ilə məşğul olan mütəxəssislərin, mühəndislərin işə cəlb olunması, onların işdə saxlanılması, karyeraları çox vacibdir. Xüsusilə, informasiya texnologiyalarının infrastrukturu bu transformasiyalar baxımından gərəklidir".
D.Korn uğurlu vergi analitikası transformasiyası üçün informasiya texnologiyaları və təhlil alətlərinin işə salınmasını, məlumatlardan əldə olunan nəticələrin operativləşdirilməsini, geniş təhlil ekspertizasının qurulmasını tövsiyə edib.

Accountsoft bölümünün son xəbərləri |