Startapın müəyyən olunması meyarları təsdiqlənib
2021-01-30 | Accountsoft | 3340Nazirlər Kabineti “Startapın müəyyən olunması meyarları” və “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nı təsdiqləyib.
APA-nın məlumatına görə, “Startapın müəyyən olunması meyarları”na əsasən, meyarlara cavab verən və “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır.
Onlar “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər.
Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” innovativ layihələrin, yəni iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyətlə bağlı olan layihələrlə əlaqədar ictimaiyyət üçün açıq məlumatların əks olunduğu reyestrinin aparılması qaydasını müəyyən edir.
Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.
Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə (ərizəçi) dair meyarlar aşağıdakılardır:
- - mikro və ya kiçik sahibkarlıq subyekti olması;
- - orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;
- - rezident vergi ödəyicisi olması.
Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar aşağıdakılardır:
- məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;
- innovativ təşəbbüsə əsaslanan olması:
- mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;
- yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;
- rəqabətqabiliyyətli olması;
- qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;
- digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.
“Startap” şəhadətnaməsi 3 il müddətinə veriləcək
“Startap” şəhadətnaməsini almaq üçün ərizəçi bu sənədlə müəyyən edilmiş ərizə ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edəcək.
APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarda əksini tapıb.
Qərara əsasən, Agentlik ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar etmədikdə, təqdim olunan sənədləri (məlumatları) qiymətləndirmək məqsədilə Agentlikdə yaradılmış Ekspertlər Şurasına təqdim edir. Ekspertlər Şurası aşağıdakı tərkibdə formalaşdırılır:
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən – 3 nəfər;
- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən – 2 nəfər;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən – 1 nəfər;
- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən – 1 nəfər;
- Azərbaycan Milli Elmlər Akademiyasından – 1 nəfər;
- müstəqil ekspertlərdən – 3 nəfər.
Ekspertlər Şurasının sadə səs çoxluğu ilə qəbul edilmiş müvafiq rəyi Agentliyə təqdim edilir.
Agentlik tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. “Startap” şəhadətnaməsi 3 (üç) il müddətinə verilir.
Firuzə Vahid
Mənbə: https://apa.az/az/sahibkarliq-fealiyyeti/Startapin-muyyn-olunmasi-meyarlari-tsdiqlnib-627062

Accountsoft bölümünün son xəbərləri |