Azərbaycan Maliyyə Nazirliyi illik maliyyə hesabatları hazırlayan kommersiya təşkilatlarının təsisçilərinə müraciət edib.

2013-05-14 | Mühasibat uçotu | 2910

Azərbaycan Maliyyə Nazirliyi ölkədə illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarının tabe olduqları yuxarı təşkilatlara və ya onun təsisçilərinə müraciət edib.

"APA-Economics"in Nazirliyə istinadən verdiyi məlumata görə, «Mühasibat uçotu haqqında» qanunun tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli qərarı ilə təsdiq edilmiş «Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları»nın 3.1-ci bəndinə əsasən, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və konsolidə edilmiş maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprelin 30-dan və iyunun 30-dan gec olmayaraq təqdim etməlidir.

Həmin qaydaların 3.4-cü bəndinə əsasən, kommersiya təşkilatının illik maliyyə hesabatlarının və konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçilər tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilir.

Eyni zamanda, "Auditor xidməti haqqında" qanunun 2-ci maddəsinin tələblərinə uyğun olaraq, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Mülki Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti hamının tanış olması üçün hər il dərc etməyə borcludur: "Bu Məcəllənin 100.3-cü maddəsinə uyğun olaraq qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri, o cümlədən illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etməyə borcludur".

İnzibati Xətalar Məcəlləsinin 247-3-cü maddəsinə əsasən isə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət müəyyən edilib.

"Ötən il üzrə illik maliyyə hesabatlarını və konsolidə edilmiş maliyyə hesabatlarını təqdim edən kommersiya təşkilatları barədə, o cümlədən qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyinin olub-olmamasına dair məlumatın onların tabe olduqları yuxarı təşkilat və ya onun təsisçiləri tərəfindən Maliyyə Nazirliyinə verilməsini xahiş edirik", - deyə Nazirliyin məlumatında bildirilir.

Mənbə: www.apa.az

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!