Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2024-01-23 | Mühasibat uçotu | 3994Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, yenilənmiş “Mühasibat uçotu haqqında” qanuna əsasən, bundan sonra mühasibat uçotu sənədlərində kommersiya sirri ilə yanaşı, dövlət sirri hesab edilən məlumat olduqda, bu məlumatların açıqlanması “Kommersiya sirri haqqında” qanuna uyğun həyata keçiriləcək.
Yenilənmiş “Dövlət sirri haqqında” qanuna əsasən isə bundan sonra dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanmasını, istehsalını, ixracını, satışını, habelə onların istehsalının, ixracının, satışının təşkilini həyata keçirən müəssisələr və onların maliyyə hesabatları, kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirri sayılacaq. İndiyə qədər dövlət müdafiə sifarişlərinin həcmləri, planları (tapşırıqları), silah, hərbi texnika və digər hərbi məhsulların buraxılması və göndərilməsi (pul və ya natura ifadəsində), onların buraxılışı üzrə mövcud güc və bu gücün artırılması haqqında, göstərilən silah, hərbi texnika və digər hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələr, onların kooperasiya üzrə əlaqələri haqqında məlumatlar dövlət sirri sayılırdı.

Mühasibat uçotu bölümünün son xəbərləri |