Bakıda maliyyə-investisiya forumu keçiriləcək
2018-02-19 | Maliyyə menecmenti | 3432Mayın 5-də Bakıda II Maliyyə və İnvestisiya Forumu (FIF 2018) keçiriləcək. Bu barədə "Report"a Forumun təşkilatçıları məlumat verib.
Məlumata görə, "Rəqəmsal biznes trendləri" şüarı altında keçiriləcək builki forumun əsas məqsədi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.
Forum ötən il olduğu kimi, 3 paneldən ibarət olmaqla günboyu davam edəcək. "İnvestisiya strategiyaları", "Maliyyələşmə strategiyaları", "Vergi siyasəti və mühasibat uçotu" adlı panellərdə toplam 12 yerli və xarici spikerin çıxışı planlaşdırılır. Forumda özəl şirkətlərlə yanaşı əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edəcəklər.
"Keçiriləcək tədbir sayəsində dövlət və özəl biznes subyektləri arasında konstruktiv əlaqələrin, bilgi paylaşımının olması, ümumilikdə, sektora müsbət təsir edəcək. Maliyyə, vergi, audit, mühasibatlıq sahəsində çalışan menecerlər, sahibkarlar və ümumiyyətlə, bizneslə əlaqəli hər kəs bu forumda iştirak edə bilər", - deyə təşkilatçılar bildiriblər.
Xatırladaq ki, ilk forum 2017-ci il mayın 5-də 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə keçirilib.
Mənbə: https://report.az/maliyye/bakida-maliyye-investisiya-forumu-kecirilecek/

Maliyyə menecmenti bölümünün son xəbərləri |