Maliyyə Nazirliyi e-müqavilə altsisteminin tətbiqinə başlayıb

2026-04-14 | Hüquq | 61

Azərbaycan Respublikasında dövlət satınalmalarının daha şəffaf, operativ və səmərəli təşkili məqsədilə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (https://rdmis.gov.az/RDMİS) tərkib hissəsi olan “e-müqavilə” altsistemi istifadəyə verilib.

Bu gün, aprelin 10-dan etibarən mərhələli şəkildə büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi “e-müqavilə” altsistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

“e-müqavilə” altsistemi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Yeni sistem dövlət satınalmalarında müasir idarəetmə yanaşmalarının tətbiqi və rəqəmsal transformasiyanın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tətbiq olunan idarəetmə yanaşması müqavilə, uçot və ödəniş zəncirinin RDMİS-in vahid mərkəzləşdirilmiş elektron mühitində idarə edilməsini təmin edir. Bu isə müqavilə öhdəliklərinin sistemli uçotunun aparılmasına, eləcə də dövlət vəsaitlərinin hərəkətinin daha şəffaf və operativ şəkildə izlənilməsinə imkan verir.

Eyni zamanda, adıçəkilən informasiya sistemində toplanan məlumatlar əsasında gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur ki, bu da risklərin əvvəlcədən müəyyən edilməsinə əlavə imkanlar yaradacaqdır.

Sistemin tətbiqi həmçinin, kağız sənəd dövriyyəsinin azalmasına, əməliyyatların operativliyinin artmasına və insan amilindən irəli gələn risklərin minimuma endirilməsinə xidmət edir. Bu yanaşma dövlət xəzinədarlığı tərəfindən həyata keçirilən ödənişlərin daha dəqiq və əsaslandırılmış şəkildə icrasının təmin edilməsi ilə yanaşı, həm büdcə təşkilatları, həm də təchizatçılar üçün praktiki üstünlüklər yaradır.

Belə ki, büdcə təşkilatları üçün müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət proseslərinin vahid elektron mühitdə həyata keçirilməsi idarəetmənin daha çevik və şəffaf təşkilinə imkan verir, vaxt itkilərini və inzibati yükü azaldır. Təchizatçılar isə müqavilələrin elektron qaydada operativ imzalanması, statusunun real vaxt rejimində izlənilməsi və ödəniş prosesləri ilə bağlı məlumatlara birbaşa çıxış əldə etməklə proseslərdə daha aktiv və məlumatlı iştirak imkanı qazanırlar.

Sözügedən sistem istifadəyə verilməzdən əvvəl Maliyyə Nazirliyi tərəfindən büdcə təşkilatlarının dövlət satınalmaları prosesində, o cümlədən müqavilələrin tərtibində iştirak edən əməkdaşları üçün “e-müqavilə” sisteminin tətbiqi və istifadə qaydaları ilə bağlı praktik təlimlər keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hazırlanan “e-müqavilə” sistemi dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsinin təmin edilməsi və bu müqavilələrin elektron qaydada bağlanılmasının təşkili istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

Mənbə: https://vergiler.az/news/economy/38870.html

Hüquq bölümünün son xəbərləri

2026-04-14 | Maliyyə Nazirliyi e-müqavilə altsisteminin tətbiqinə başlayıb
2026-04-07 | Azərbaycanda MMC-lərin nizamnamə kapitalının artırılması mexanizmi təkmilləşdiriləcək
2025-11-03 | Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması müddəti azaldılıb
2025-10-29 | Azərbaycandan çıxışa stop qoyulmasını İnternet Vergi İdarəsinin mobil tətbiqində yoxlamaq mümkün olacaq
2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2026.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!