DİM və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb
2021-09-03 | Sertifikasiyalar | 2855Dövlət İmtahan Mərkəzi ilə ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında 1 sentyabr 2021-ci il tarixində Anlaşma Memorandumu imzalanıb.
ACCA 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır. ACCA kvalifikasiyası maliyyə, mühasibat uçotu və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilik, bacarıq və yeniliklər, o cümlədən işgüzar dəyərlər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur.
DİM artıq ACCA-in rəsmi imtahan mərkəzidir və buna görə də tərəflər arasında imzalanan memorandum aşağıdakı mövcud əlaqələrin rəsmiləşdirilməsi məqsədini daşıyır:
- Peşəkar səriştə, bacarıq və texniki biliklər sahəsində öyrənmə və inkişaf imkanlarını araşdırmaq;
- ACCA kvalifikasiyaları və sertifikatları haqqında məlumatlılığın artırılması və tanıdılması üçün birgə fəaliyyət göstərmək və tədbirlər həyata keçirmək;
- DİM və ACCA arasında əməkdaşlığı təşviq etmək üçün birgə strategiya və marketinq kampaniyaları hazırlamaq;
- Mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq üçün tələbələrin təlim və inkişafını dəstəkləmək üçün birgə proqramlar təşkil etmək.
Anlaşma Memorandumunu imzalayan qurum rəhbərləri öz xoş niyyətlərini və razılaşmadan gözləntiləri ifadə ediblər.
ACCA-in Avrasiya və Yeni bazarlar üzrə direktoru Magdelana Krupa-Hernandez bildirib ki, “Anlaşma Memorandumunun əsas məqsədi mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq istəyən tələbələrin təlim və inkişafını dəstəkləyəcək birgə proqramlar təşkil etməkdir. Hədəflənən ortaq fəaliyyətlər Azərbaycanda mühasibatlıq və maliyyə ilə əlaqəli peşələrin inkişafına dəstək verməklə bağlıdır və ACCA-in digər təşkilatlarla iş strategiyasına tam uyğun gəlir. ACCA təmsilçiləri olaraq DİM ilə Anlaşma Memorandumu imzalanmaqdan çox məmnunuq”.
DİM-in Direktorlar şurasının sədri Məleykə Abbaszadə vurğulayıb ki, “Bu Anlaşma Memorandumu ACCA ilə artıq mövcud olan əlaqələrimizi daha da gücləndirəcək. Birgə işimiz mühasib peşəsinin inkişafına və bu peşəyə qoşulmaq, eləcə də uğurlu olmaq istəyən gənclərin gələcək tələbatını ödəməyə kömək edəcək. Əməkdaşlığımızın hər iki qurum üçün uğurlu olacağına ümid edirik”.
Mənbə: http://dim.gov.az/news/7117/?fbclid=IwAR0DH9lyOrM8Baqz4yLetXgkh7htuW4d36tjkY0g3nvyN793_Fj3GbC-PYY

Sertifikasiyalar bölümünün son xəbərləri |