Onlayn Peşəkar Mühasib təlim kursuna qeydiyyat başladı

2020-11-24 | Sertifikasiyalar | 724

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Onlayn formada keçiriləcək “Peşəkar mühasib” təlim kurslarına qeydiyyat elan edir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək “Peşəkar Mühasib Sertifikasiyası” imtahanlarına hazırlığı ehtiva edən "Peşəkar Mühasib" təlim kursunun əsas məqsədi mühasibləri nəzərdə tutulan sertifikasiyası imtahanlarına hazırlamaqdır.

Bildiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mühasibat uçotu ilə bağlı 2019-cu il 22 may tarixli 237 nömrəli qərarına əsasən iri sahibkarlıq subyektləri, büdcə təşkilatları, bir sıra ictimai əhəmiyyətli qurumlar və maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin qarşısına bir sıra tələblər qoyulmuşdur. Bu tələblərə əsasən mühasiblər DİM tərəfindən mərhələli şəkildə keçiriləcək imtahanlarda iştirak edərək sertifikat əldə etməli və Azərbaycan Respublikası Maliyyə Nazirliyində qeydiyyatdan keçmiş Peşəkar Mühasib Təşkilatına üzv olmalı və peşəkar mühasib sertifikatını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməklə reyestrdən keçməlidir.

Qeyd etmək lazımdır ki, ARPA 2019-cu il 21 oktaybr tarixində “Peşəkar Mühasib Təşkilatı” kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən akkreditə olunmuşdur və hazırda bu istiqamətdə fəaliyyət göstərərək mühasibat uçotu sahəsində çalışan peşəkarlar üçün üzvlük imkanlarını təqdim edir.

Əlaqədar şəxs: Səadət Hüseynli

Tel: (+994 12) 505 00 56

(+994 55) 202 93 43

Mənbə:

Sertifikasiyalar bölümünün son xəbərləri

2020-12-17 | ARPA Onlayn Peşəkar Mühasib təlim kursuna qeydiyyat elan edir
2020-11-24 | Onlayn Peşəkar Mühasib təlim kursuna qeydiyyat başladı
2020-09-16 | PEŞƏKAR MÜHASİB” SERTİFİKASİYASI
2020-09-12 | Peşəkar mühasib sertifikatının (PMS) verilməsi üçün keçiriləcək imtahanlarda iştirak edəcək namizədlərin nəzərinə!
2020-08-31 | “PEŞƏKAR MÜHASİB ” təlim kursuna qeydiyyat başladı
2019-09-26 | Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib
2019-01-15 | Barattson şirkəti Auditorlar Palatası ilə birgə Milli mühasibləri sertifikatla təltif ediblər.
2018-11-07 | Beynəlxalq Peşəkar və Təşkilati İnkişaf Şirkəti Bakıda ödənişsiz silsilə seminarlar keçirir.
2018-10-09 | Mühasiblərin peşəkar sertifikasiyası - xarici təcrübə (Polşa).
2018-06-06 | Maliyyə Nazirliyi KOS-də çalışan mühasibləri pulsuz treninqə dəvət etdi

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!