Azərbaycan dilində və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılan mühasibatlıq üzrə ilk sertifikasiya proqramı.

2015-07-14 | Sertifikasiyalar | 5014

Mühasibat uçotu haqlı olaraq sahibkarlıq fəaliyyətində və biznesin idarəetməsində aparıcı mövqe tutur. Mühasibat uçotu müəssisənin həyata keçirdiyi və pulla ifadə olunan bütün əməliyyatları, müəssisədə gedən istehsalat proseslərini əks etdirdiyindən, biznesin planlaşdırılmasında baza rolunu oynayır. Uçotda biznesin inkişafını əhatə edən məlumatın əsasında bütün əsas göstəricilərin təhlilini aparmaq mümkündür.

Son zamanlara kimi, Azərbaycan dilində aparıcı dünya təcrübəsinə əsaslanan mühasibatlıq uçotu üzrə setrifikasiya proqramı yox idi. Bunu nəzərə alan, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində MPS (Mühasiblərin Peşəkar Sertifikasiyası) proqramını yaradıb. MPS-in mənimsənilməsi mühasibatlıq, maliyyə və idarəetmə sahələrində karyera qurmaq istəyənlər üçün əla perspektivlər açır.

ACCA SERTİFİKATININ ÖLKƏMİZDƏKİ ANALOQUDUR

MPS dünyada tanınmış ACCA sertifikatının ölkəmizdəki analoqudur. Xatırladaq ki, ACCA peşəkar mühasiblərin fəaliyyətini əhatə edən və bir əsrdən çoxdur ki, yaradılan beynəlxalq korporasiyadır.

Qeyd edək ki, MPS-i məşhur xarici analoqlardan fərqləndirən daha bir önəmli xüsusiyyəti, Vergi və Hüquq üzrə fənnlərin Azərbaycan qanunvericiliyi üzərində qurulmasıdır. Belə ki, ACCA və digər xarici sertifikasiya proqramları Rusiya və ya Britaniya qanunvericiliyi əsasında qurulurdu. Bununla da, bu fənn Azərbaycan peşəkarlar üçün öz aktuallığını itirirdi.

Mühasiblərin Peşəkar Sertifikasiyası proqramı tam bir prosesi əhatə edir. MPS üzrə tövsiyyə olunan ədəbiyyat Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin ACCA tərəfindən qəbul edilmiş "Get Through Guides Limited UK" şirkəti tərəfindən tərtib olunmuş təlim materiallarının Azərbaycan dilinə tərcümələridir. İmtahanlara hazırlıq üzrə təlimlər RDTex şirkəti tərəfindən aparılır.

Təlimlərdə iştirak edən tələbənin sözlərini dinləyək: "MPS proqramının "Maliyyə hesabatlarının hazırlanması" fənni üzrə hazırlıq təlimlərində iştirak etmişəm. Təlim Maliyyə Nazirliyinin Maliyyə -Elm tədris mərkəzində keçirilir. Həmin mərkəzdə mən artıq 2-ci dəfə təlim keçirəm və tədris üçün yaradılmış şəraitdən çox razıyam. Təlimçilər nəzəriyyəni izah etməklə yanaşı olaraq gündəlik həyatdan nümunələr göstərirlər ki, bu da təlimlərə olan marağı həm də onların praktik faydasını qat-qat artırır.

Tədris materialları çox rahat dildə yazılıb və asan qavranılır. Kitabda bir çox nümunələr və praktik misallar verilir ki, bu da uçot prinsiplərinin hansı şəkildə tətbiq olunmasını başa düşmək üçün tələbəyə böyük köməkdir.

Hesab edirəm ki, MPS Azərbaycanda işləyən mühasiblər üçün qısa müddət ərzində bir fərqlənmə nişanına çevriləcək və gələcəkdə yerli sertifikatlaşmanın dəyərini xarici sertifikatların səviyyəsinə qaldıracaq".

Hərçənd MPS yalnız mühasiblər üçün önəmli deyil. Belə ki, “ARPA”-nın icraçı direktoru Teymur Sultanovun sözlərinə görə, MPS yalnız mühasiblər üçün deyil həm də, cəmiyyət üçün çox önəmli məhsuldur. “MPS yalnız spesifik biliklərin ötürülməsi deyil, həm də şəxsi karyeranın inkişafı üçün əvəzedilməzdir. Təbii, bu hələ ki, Azərbaycan cəmiyyəti üçün yeni bir məhsuldur. Amma MPS-in yaratdığı perspektivləri və özəlliklərini nəzərə alsaq, o qısa müddət ərzində bütün ölkə ərazisində tanınacaq. Keçirilən imtahanlar həndəsi silsilə ilə artan marağa dəlalət edir. Belə ki, bir neçə həftə ərzində keçirilən təqdimatların nəticəsi olaraq 25-26 iyun tarixində baş tutan ilk imtahana artıq onlarla şəxs maraq göstərmişdir. Bu da, heç bir şübhəsiz yaxın gələcəkdə MPS-ə maraq göstərənlərin sayının davamlı olaraq artacağından xəbər verir".

Qeyd edək ki, MPS-in əsas hədəfi maliyyə direktoru vəzifəsini icra edə biləcək mütəxəssisləri yetişdirməkdir. Müasir dövrdə hər bir şirkət öz maliyyəçilərindən daha çox fayda gözləyir. Bu gün maliyyə direktoru uçot və hesabatlılıqdan başqa mütləq şəkildə şirkətin rəhbərlərindən biri olmalıdır. Çünki o maliyyə vəsaitinin gündəlik hərəkətini tənzimləyir, investisiya qoyuluşuna dair rəy bildirir, banklarla əlaqəyə girib maliyyələşməni təmin edir, daxili nəzarət sistemini qurmaqla xərclərə qənaət edir. MPS bütün bu funksiyaların yerinə yetirilməsi və effektiv maliyyə meneceri olmaq üçün lazımi bilikləri mütəxəssisə ötürür. Ona görə MPS sertifikatının sahibi müəyyən bir təcrübəyə malik olduğu halda artıq orta və hətta böyük şirkətlərdə maliyyə rəhbəri vəzifəsində sərbəst işləyə bilər.

Mənbə: http://www.marja.az

Sertifikasiyalar bölümünün son xəbərləri

2024-03-19 | Peşəkar Mühasib Sertifikatı imtahanları çətinləşəcək
2023-12-27 | Deputat: Ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək, onlar necə olacaq?
2021-10-05 | ARPA tərəfindən Peşəkar Mühasib Sertifikatı mövzusunda seminar keçiriləcək
2021-09-09 | Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib sertifikatı” imtahanının hər iki mərhələ üzrə vaxtlarını açıqladı (RƏSMİ)
2021-09-03 | DİM və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb
2021-04-05 | DİM, Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirildi
2021-03-11 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat davam edir
2021-03-03 | Peşəkar Sığortaçı Sertifikasiyası (PSS1.1) imtahanı
2021-02-23 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat başladı
2021-02-22 | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!