MMC-lərin hansı hallarda dividend vermək səlahiyyəti yoxdur?

2020-03-07 | Hüquq | 3097

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Mülki Məcəllənin 90.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi MMC-nin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında MMC-nin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.

MMC dividend verdikdə hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ nəzərə alınır. Dividendin ödənilməsi qərar qəbul olunduqdan sonra bir ay müddətində ödənilməlidir.

MMC-lərdə dividend verilməsi ilə bağlı qadağalar da mövcuddur. Misal üçün, təşkilatın xalis aktivlərinin dəyəri 30.000 manat, nizamnamə kapitalı 35.000 təşkil edirsə, MMC dividend verə bilməz. Çünki xalis aktivlərin dəyəri nizamnamə kapitalının məbləğindən az olduğu üçün qanunvericilik dividend verilməsini qadağan edir.

Başqa bir misala baxaq. Tutaq ki, təşkilatın xalis aktivlərinin dəyəri 50.000 manat, nizamnamə kapitalı isə 40.000 manatdır. Qərara əsasən, 12.000 manat dividend verilməsi qərarlaşdırılarsa, bu halda da dividendin verilməsi qanuna ziddir. Çünki qərarın qəbul edilməsi nəticəsində xalis aktivlərin dəyəri (50.000 manat -12.000 manat = 38.000 manat) nizamnamə kapitalı məbləğindən (40.000 manat) az olacaq.

Qanunvericilik MMC-lərə dividend verilməsində başqa halı da müəyyən edir: əgər qərar qəbul edildiyi anda MMC qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlir və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələrsə, dividend verilməsi qadağandır.

Hazırladı: Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7576.html

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!