Azərbaycanda inzibati-iqtisadi məhkəmələr - LƏĞV EDİLİB

2020-01-24 | Hüquq | 3186

​​​​​​Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar çərçivəsində yanvarın 1-dən etibarən inzibati-iqtisadi məhkəmələr ləğv edilib və onları yeni yaradılmış kommersiya və inzibati məhkəmələr əvəz edib.

İqtisadiyyat.az xəbər verir ki, ləğv edilən məhkəmələrin yerində ümumilikdə 12 yeni məhkəmə fəaliyyətə başlayıb. Bunlardan 6-sı kommersiya, 6-sı inzibati məhkəmədir. Yeni məhkəmələr regional prinsiplərlə, yəni ölkənin bütün şəhər və rayonlarında deyil – Bakı, Gəncə, Şəki, Şirvan, Sumqayıt, Naxçıvan şəhərlərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək sahibkarlarla bağlı bütün mübahisələrə inzibati iqtisadi məhkəmələrdə baxılırdı. İndi isə sahibkarların öz aralarında olan mübahisələrə kommersiya məhkəmələrində, onların dövlət qurumları, o cümlədən, vergi, gömrük və DSMF ilə bağlı mübahisələrinə isə inzibati məhkəmələrdə baxılacaq.

Yeni məhkəmələrin işə düşməsi ilə yanaşı, buradakı hakim sayı da artırılıb. İndiyədək inzibati iqtisadi məhkəmələrdə 39 hakim çalışırdı, bu da hər hakimə düşən məhkəmə işlərinin sayını artırır, işlərə baxılmasını ləngidirdi. İndi isə yeni məhkəmələrə 42 hakim təyin edilib, tezliklə onların sayı 67-yə çatdırılacaq.

Mənbə: https://www.iqtisadiyyat.az/news/az/14369/Azrbaycanda-inzibati-iqtisadi-mhkmlr-LV-EDLB

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!