Mühasiblər üçün Trenajor Pro Plus - FAQ


Sual: Proqram nəyi həll edir?

Cavab: Əsasən "Mühasibat Uçotunu Misallar İlə Öyrənməyə" xidmət etsə də daxil olan feedback-lər göstərir ki, proqramdan daha çox "Mühasibat Uçotu" proqramı kimi istifadə edilir.

Sual: Proqram necə icra olunur?

Cavab: "Microsoft Office Excel"də "Trenajor" adlı xüsusi menyu panelindən icra olunur.

Sual: Proqramın üstünlükləri nələrdir? və Niyə məhz "Mühasiblər üçün Trenajor" proqramını almağa dəyər?

Cavab: Proqramın əsas üstünlükləri:

  1. Qiyməti 50 AZN-dir;
  2. Tədrisyönümlü - Öyrədici Simulyasiya imkanı;
  3. User Friendly Interface;
  4. Setup və dərhal istifadə imkanı.

Sual: Proqram hansı əməliyyat və ofis versiyalarında işləyir?

Cavab: Windows əməliyyat sistemi, "Microsoft Office Excel 2010" və daha sonrakı yeni versiyalarda (hazırda 2010-2019 və Office365 üçün)

Sual: Alınan bir lisenziya digər kompüterdə işlədilə bilərmi?

Cavab: Xeyr, istifadə edilə bilməz. Lisenziyalar individualdır və yeni lisenziya alınmalıdır.

Sual: Yeni kompüterlərim üçün növbəti lisenziyalara güzəşt edilirmi?

Cavab: Bəli, bütün növbəti lisenziyaları 50% (25 AZN) güzəştlə əldə edə bilərsiniz.

Sual: Kompüterimin sərt diski (hard disk) dəyişdirilibsə yeni lisenziya almalıyam?

Cavab: Bəli, çünki yenilənmiş sərt disk ilə kompüteriniz fərqli kimi tanınacaq.

Sual: Lisenziya alan istifadəçi proqramın Yenilənmiş versiyalarını PULSUZ əldə edə bilərmi?

Cavab: Bəli, hər bir lisenziya almış istifadəçi bütün yenilənmiş versiyaları PULSUZ əldə edəcək.

Sual: Əgər lisenziya alındıqdan sonra kompüterim format edilərsə yeni lisenziya alınmalıdır?

Cavab: Xeyr, ehtiyac yoxdur. Əvvəl sizə təqdim olunan lisenziyanı istifadə edə bilərsiniz.

Sual: Alınmış bir lisenziya ilə bir neçə şirkətin uçotunu aparmaq mümkündürmü?

Cavab: Bəli, mümkündür.

Sual: Proqramın qiyməti neçədir?

Cavab: Proqramın qiyməti 50 AZN-dir

Sual: Proqramın 50 AZN qiyməti ilə onun real dəyərilə uzlaşırmı?

Cavab: Xeyr, təyin olunan 50 AZN qiymət əlbəttə ki, sadəcə simvolik xarakterlidir və onun real dəyərindən çox kiçikdir.

Sual: Bəs proqramın qiyməti niyə 50 AZN-dir?

Cavab: Bu simvolik qiymətin təyin olunmasında məqsəd hamı üçün əlçatan olması üçündür.

Sual: Proqramı almaq üçün necə ödəniş edə bilərəm?

Cavab: Ödənişi bank kartları - Visa və Master card ilə www.muhasib.az saytı vasitəsilə Sifariş keçidindən edə bilərsiniz

Sual: Ödəniş zamanı məlumatların təhlükəsizliyi necə qorunur?

Cavab: Biz məlumatı şifrələyən sertifikat tətbiq edirik (SSL sertifikat). Ətraflı Məxfilik strateqiyası keçidində.

Sual: Proqramı sifariş etdim lakin, proqramı yükləmək üçün elektron poçtuma hər hansı bir məktub daxil olmayıb. Səbəb?

Cavab:
a) Sifariş zamanı qeyd etdiyiniz elektron poçt ünvanı yanlışdır (sizə aid deyil və ya ümumiyyətlə mövcud deyil);
b) Spam və ya Junk qovuqlarını da yoxladığınızdan əmin olun.
Qeyd: Yaranan texniki problemin həlli ilə əlaqədar dərhal trenajor@muhasib.az poçtuna müraciətinizi ünvanlaya bilərsiniz.

Sual: Dünya və yerli bazarda rəqib olacaq oxşar/alternativ proqramlar varmı?

Cavab: Xeyr, yoxdur. Əgər rast gəlsəz bizimlə 7/24 paylaşa bilərsiniz.

Sual: Proqram hansısa yerli və ya beynəlxalq müsabiqə/tədbirlərdə iştirak edib və hansısa Uğur qazanıbmı?

Cavab: Bəli, "YeniFikir 2017" startap müsabiqəsində qalib olub.

Proqramı ilk ictimaiyyətə nümayişi 08 aprel 2017 -ci il Şamaxı şəhəri, AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Sahibkarlar( İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM -ın birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən "I Milli Mühasiblər Forumu"nda olub.

Bundan başqa proqram Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) müsabiqəsində iştirak edib və Yarımfinalçı olub.

Sual: Proqramın Müəllifləri kimlərdir?

Cavab:

ELNUR OSMANOV

MUHASİB.AZ saytının təsisçisi və admini

14 illik Mühasibatlıq üzrə iş təcrübəsi

CAP, DipİFR və Advanced Diploma in Accounting and Business (F1-F9).

Veb-Developer

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu

AYDIN ƏLİYEV

Ölkəmizdəki ilk Microsoft MVP (2012-ci ildən)

Excel Add-ins developer

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!