Vergi ödəyicilərinə proaktiv yanaşmada effektiv alət: prefiling

2025-10-20 | Vergilər | 60

Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi iqtisadi inkişafın prioritet istiqamətlərindəndir. Sahibkarlar üçün əlverişli imkanların yaradılması onların fəaliyyətinin genişləndirilməsini təşviq edir. Bu da öz növbəsində iqtisadi aktivliyin yüksəlməsinə, məşğulluğun artmasına və sosial rihafın güclənməsinə təkan verir.

Vergi sistemində aparılan islahatlar bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Biznes mühitində təkmilləşmə istiqamətlərindən biri məhz inzibati yükün azaldılmasıdır ki, son illər vergi ödəyicilərinin qeydiyyatı prosedurlarının əhəmiyyətli şəkildə sadələşdirilməsi, bəyannamələrin təkmilləşdirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi vergi inzibatçılığında səmərəli həllərin yaradılmasını təmin edib. Dövlət Vergi Xidmətinin 2025-2028-ci illəri əhatə edən Strategiyasında vergi ödəyicilərinə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vergi ödəyicilərinin hesabatlılıq üzrə iş yükünün sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə inzibatçılığın təkmilləşdirilməsi prioritet təşkil edir. Dövlət Vergi Xidməti vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə elektron xidmətlərin əhatəsinin genişləndirilməsi istiqamətində fəal iş aparır. Texnologiyaların tətbiqi cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı və vətəndaş məmnunluğunu artırmağa, vergi sistemində şəffaflığın təmin edilməsinə xidmət edir.

Texnologiyaların tətbiqi vergi sistemində şəffaflığın təmin edilməsinə xidmət edir

Rəqəmsallaşma vergi mühitində səmərəli kommunikasiya yaradır

Hədəflərə çatmaq üçün vergi inzibatçılığında rəqəmsal ekosistemin inkişafı xüsusi diqqətdə saxlanılır. Ənənəvi vergi xidmətlərinin elektronlaşdırılması, xarici təcrübədə tətbiq edilən rəqəmsal xidmətlərin ölkəmizdə tətbiqi, texnologiyaların imkanlarından yararlanmaqla biznes proseslərinin sadələşdirilməsi, vergilərin onlayn ödənişi, bəyannamələrin elektron versiyada təqdim edilməsi, şirkətlərin qeydiyyat məsələlərinin tamamilə elektronlaşdırılması, avtomatlaşdırılmış formada bildirişlərin çatdırılması, hesabatlılıq sisteminin rəqəmsallaşdırılması bu prosesin tərkib hissəsidir. Bununla yanaşı, vergi ödəyicilərinə münasibətdə proaktiv yanaşma genişləndirilir. Vergi ödəyiciləri ilə vergi orqanları arasında səmərəli kommunikasiya formalaşdıran belə yanaşmalar vergi ödəyicilərinin öz öhdəlikləri barədə intensiv məlumatlandırılması, potensial risklər barədə əvvəldən xəbərdar edilməsi, vergi hesabatlarının hazırlanması ilə bağlı dəstəyin göstərilməsi kimi tədbirləri əhatə edir. Bu addımlar vergi ödəyicilərinin maliyyə itkiləri ilə üzləşməsini aradan qaldırmağa, fiskal intizamı və vergi orqanı ilə biznes təmsilçiləri arasında etimadı gücləndirməyə təkan verir.

Sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsi məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanır

Vergi ödəyicilərinin maraqlarına xidmət edən yanaşma

Dövlət Vergi Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq yeni xidmət istifadəyə verilib. Mikro sahibkarlar üçün “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sisteminə keçid təmin edilib. “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “Yol Xəritəsi”ndə bu sistemin istifadəyə verilməsi mühüm komponentlərdən biri kimi yer alır. Sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsi məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanır və vergi ödəyicisi tərəfindən təsdiq olunur. Beləliklə, vergi ödəyiciləri bəyannaməni özləri doldurmaq məcburiyyətində qalmır və əsas məlumatlar hazır şəkildə təqdim edilir. Bu sistem vergi ödəyicilərinə vaxta və resurslara qənaət etməyə imkan verir. Eyni zamanda potensial uyğunsuzluqlar və maliyyə itkisi risklərindən qoruyur. Vergi orqanı tərəfindən əvvəlcədən doldurulmuş bəyannamələrdə verilən məlumatlar avtomatik əlavə edildiyi üçün xəta ehtimalı da minimuma edir. Üstəlik, vergi ödəyiciləri bəyannamələrdə göstərilən məlumatları yoxlaya, təsdiq edə və ya düzəliş edə bilərlər. Bütün bunlar hesabatların vaxtında və düzgün formada təqdim edilməsini təmin etməklə şəffaflığa da töhfə verəcək. Ümumilikdə isə “prefiling” sistemi vergi orqanının ödəyicilərinə proaktiv yanaşma ilə dəstək göstərməklə vergi mədəniyyətinin inkişafına və vergi mühitinin təkmilləşməsinə təkan verəcək.

Gülay NƏBİYEVA

Mənbə: https://vergiler.az/news/article/36718.html

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

AZ1069, Ataturk ave. 23/25, Baku, Azerbaijan.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!