Elektron qaimə-faktura olmadan alınan mallar hansı halda gəlirdən çıxıla bilər?

2024-04-25 | Vergilər | 4190

Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.

Qanunvericiliyin bu tələbini “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir:

Bəzən müəssisəyə elə mallar lazım olur ki, həmin mallar çox qısa müddət ərzində əldə edilməlidir. Lakin bu mallar vergi ödəyicisindən alınan zaman satıcı ilə müqavilə bağlamaq, ödənişi etmək, ödəniş satıcının hesabında olduqdan sonra malı əldə etmək müəyyən vaxt aparır. Bəzən də müəssisəyə elə mal lazım olur ki, onu hər hansı bir vergi ödəyicisindən almaq mümkün deyil və həmin mal yalnız vergi ödəyicisi olmayan vətəndaşda mövcuddur. Bu malları vətəndaşdan aldıqda və yaxud elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən əldə etdikdə vergi ödəyicisi bu malların alışına çəkdiyi xərci gəlirindən çıxa bilmirdi. Həmçinin, malların mədaxilini, alışını təsdiq edən sənəd olmadığı üçün maliyyə sanksiyası riski var idi. 2024-cü il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 109.8-ci maddəsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi gəlirlərinin və ya xərclərinin ən yüksəyinin 2%-i həddində vergi ödəyicisindən kassa çeki ilə aldığı malların və vergi ödəyicisi olmayan vətəndaşdan alış aktı ilə aldığı malların dəyərini öz gəlirlərindən çıxa bilər.

Burada bir sıra maraqlı nüanslar var ki, mütləq onlara diqqət etmək lazımdır. İlk öncə qeyd etmək lazımdır ki, bu məhdudiyyət bütün malların alışına şamil edilmir. Əsas vəsaitlərin, o cümlədən daşınar əmlakın, daşınmaz əmlakın, nəqliyyat vasitələrinin, habelə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların alışı zamanı bu maddədə nəzərdə tutulmuş məhdudiyyət tətbiq edilmir.

Misal 1:

Müəssisənin il ərzində gəlirləri 350.000 manat təşkil edir və rəhbərlik vətəndaşdan 50.000 manat dəyərində nəqliyyat vasitəsi almaq istəyir. Belə olan halda, vergi ödəyicisi nəqliyyat vasitəsini vətəndaşdan almaq istəyərkən bu maddədə nəzərdə tutulmuş 2% həddində, yəni 7.000 manat məhdudlaşma tətbiq edilməyəcək:

350000 x 2% = 7000 manat.

Vergi ödəyicisi 50.000 manat dəyərində nəqliyyat vasitəsinin alışını alış aktı ilə rəsmiləşdirə və nəqliyyat vasitəsinin dəyərini amortizasiya şəklində öz gəlirindən çıxa bilər.

Digər məqam ondan ibarətdir ki, vergi ödəyicisi eyni vaxtda bir təqvim ili daxilində öz gəlirlərinin 2%-i həddində həm vergi ödəyicilərindən nəzarət-kassa aparatı çeki ilə, həm də vergi ödəyicisi kimi uçotda olmayan vətəndaşlardan alış aktı vasitəsilə mal alıb dəyərini öz gəlirindən çıxa bilər.

Misal 2:

Müəssisənin il ərzində gəlirləri 500.000 manat olub. Bu halda müəssisənin hüququ vardır ki, vətəndaşlardan 10.000 manat dəyəri həddində alış aktı ilə mal alıb rəsmiləşdirsin. Eyni zamanda, vergi ödəyicilərindən nəzarət-kassa aparatı çeki vasitəsilə 10.000 manat dəyəri həddində mal alıb rəsmiləşdirə bilər. Nəticədə təqvim ili ərzində 20.000 manat dəyərində malları elektron qaimə-faktura olmadan əldə edib rəsmiləşdirərək öz gəlirlərindən çıxa bilər.

Digər diqqət yetirilməli məqam odur ki, malın alışını təsdiq edən nəzarət-kassa aparatının çeki mütləq Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bazardan alınan kağız formatında qaimə-faktura, qanunvericiliyə uyğun olmayan tərtib edilən kassa çeki, qəbz ilə alınan malların dəyəri gəlirdən çıxıla bilməz. Vergi ödəyicisinin bank hesabına bağlı plastik kartla mağazalardan POS-terminal vasitəsilə aldığı mallar da bu maddədə nəzərdə tutulmuş qaydada gəlirdən çıxıla bilər. Amma bir şərtlə ki, POS-terminal vasitəsilə ödəniş edilməsinə baxmayaraq, mütləq vergi ödəyicisinə satıcı tərəfindən Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş qaydada nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Maddədə nəzər yetirilməli daha bir məqam ondan ibarətdir ki, vergi ödəyicisi gəlirinin və yaxud xərcinin ən yüksək olanına 2%-lik məhdudlaşma normasını tətbiq edir. Habelə alınan malların dəyəri müəyyən edilmiş həddən çoxdursa, o zaman malın dəyəri hədd daxilində gəlirdən çıxılır, müəyyən olunmuş həddən artıq hissə isə vergi ödəyicisinin sərəncamında qalan xalis mənfəətindən çıxılır.

Misal 3:

Vergi ödəyicisinin il ərzində gəlirləri 400.000 manat, gəlirdən çıxılan xərcləri isə 500.000 manat təşkil edir. O, 12.000 manat dəyərində malları vergi ödəyicisindən elektron qaimə-faktura əsasında deyil, nəzarət-kassa aparatı çeki vasitəsilə alıb. Belə olan halda, vergi ödəyicisinin xərcləri gəlirlərindən yüksək olduğu üçün 2% məhdudlaşma normasını xərclərinin məbləğinə tətbiq edir və alınan hədd daxilində çəkdiyi xərcləri gəlirindən çıxır. Belə ki, vergi ödəyicisi nəzarət-kassa aparatı vasitəsilə aldığı malların dəyərinin ancaq 10.000 manat hissəsini gəlirindən çıxa biləcək, 2.000 manat hissəsini isə öz xalis mənfəətindən siləcək.

Mənbə: https://vergiler.az/news/opinion/29780.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!