Hansı elektron qaimə-fakturanın sistem tərəfindən təsdiqlənməsi 5 gün ərzində və ya avtomatik həyata keçirmir?
2022-03-25 | Vergilər | 2619Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilən “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.5-ci bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri aşağıdakılardır:
- malların qaytarılması barədə;
- malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən;
- Agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə;
- bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən
Mİsal. Vergi ödəyicisi 10 iyun 2022-ci il tarixdə 30 ədəd malların qaytarılması ilə bağlı qaimə-faktura təqdim edib. Qarşı tərəf 31 iyun 2022-ci il tarixdə həmin elektron qaimə-fakturanı təsdiq etməzsə, o zaman 1 iyul 2022-ci il tarixdə qeyd edilən proqram təminatı tərəfindən ləğv ediləcək.