“Alış aktları” anlayışı niyə maliyyə sanksiyasının əhatə dairəsindən çıxarıldı?
2022-02-01 | Vergilər | 2279Vergi Məcəlləsinin 58.8-ci maddəsinin birinci hissəsindən “alış aktları və ya” sözləri çıxarılıb.
İlkin olaraq, Vergi Məcəlləsinin 58.8-ci maddəsininin 1 yanvar 2022-ci ilədək qüvvədə olan redaksiyasını nəzərdən keçirək: “Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda müvafiq maliyyə sanksiyası tətbiq edilir.”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 nömrəli Qərarı ilə “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi” Qaydaları təsdiq edilib. Həmin qaydalara və Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktını tərtib edir. Bunda əlavə, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Həmkarlarımızda sual yarana bilər ki, niyə Vergi Məcəlləsinin 58.8-ci maddəsindən “alış aktları” məfhumu çıxarılıb, amma “əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı” ifadəsi saxlanılıb? Fikrimizcə, alış aktlarının elektron formada hazırlanan forması – “elektron alış aktı” olsa da, “əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı”nı əvəz edən elektron sənəd olmadığı üçün maddədə saxlanılması məqsədəuyğun hesab edilib.