Altay Cəfərovun təqdimatında: Əvvəlcədən sifariş edilməyən mallar üzrə elektron qaimə-fakturanın göndərilməsi
2021-09-27 | Vergilər | 1925Əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə elektron qaimə-fakturanın göndərilməsi vergi ödəyicilərini maraqlandıran məsələlərdəndir.
Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə görə, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi, malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində mümkün olur. Sərbəst auditor Altay Cəfərov bu mövzuda bəzi məqamlara aydınlıq gətirib:
Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsində olan əməliyyatın baş verməsi üçün sifarişçi malları əvvəlcədən sifariş verməli deyildir. Elektron qaiməyə kimi malların təhvil verilməsini təsdiq edən başqa bir sənəd olmalıdır. Mallar həmin sənəd əsasında təhvil veriləndən sonra 5 gün müddətinə elektron qaimə faktura alıcıya göndərilməlidir.
Əvvəlcədən sifariş verilməyən malların təqdim edilməsi dedikdə isə səyyar formada malların satışı, yəni yük maşınlarına yükləməklə və ya digər nəqliyyat, daşıma vasitələri ilə malların şəhərdə, regionlarda satışı başa düşülür.
Bu proses eyni zamanda, müəyyən malların əvvəlcədən sifariş verilməsi ilə bərabər digər malların sifarişinin qeyri müəyyən olması əməliyyatlarıdır. Məsələn, sifarişçi müəyyən malları əvvəlcədən bilir və sifariş verir, həmin lot mallarla birlikdə başqa mallar da olur ki, onların sifarişində çeşidin miqdarı və növünü dəqiq bilmir və belə sifarişlər də qismən əvvəlcədən sifariş verilməyən kimi qəbul olunur.
Misal 1: "AA" MMC malları birbaşa alıcılara satan vergi ödəyicisi deyil, mallar cavabdeh şəxs tərəfindən nəqliyyat vasitələri ilə rayonlarda səyyar formada satılır. Bu yuxarıdakı tələblərə cavab verir.
Misal 2: "AA" MMC-nin daimi müştərisi olan "VV" MMC 10.000,00 manat məbləğində malların almasını istəyir və əvvəlcədən siyahı vermişdir. Bu artıq yuxarıdakı tələblərə cavab vermədiyindən 10.000,00 manatlıq mallar anbardan elektron qaimə faktura əsasında yazılır və qarşı tərəfə təqdim edilir.
Misal 3: "AA" MMC-nin daimi müştərisi olan VV MMC 10.000,00 manat məbləğində malların almasını istəyir və əvvəlcədən dəqiq siyahı verilməmişdir. Bu artıq yuxarıdakı tələblərə cavab verdiyindən, malları ilkin olaraq anbardan elektron qaimə fakturası ilə təqdim edilmir.
Misal 4: "AA" MMC-nin daimi müştərisi olan "VV" MMC 10.000,00 manat məbləğində malların almasını istəyir və əvvəlcədən siyahının müəyyən hissəsi sifariş verilmişdir, amma bəzi malların çeşidi və miqdarı qeyri-müəyyəndir və razılaşıblar ki, qeyri-müəyyən malların çeşidi və miqdarı gələndə dəqiqləşdiriləcəkdir. Bu da yuxarıdakı 71-1.1.2.-ci maddənin tələblərinə cavab verir.
Buradan belə sual çıxa bilər ki, belə əməliyyatlar necə rəsmiləşdirilməlidir ki, vergi ödəyiciləri üçün problemlər yaşanmasın? Bunun üçün malları səyyar formada satış üçün qəbul edən cavabdeh şəxsə “malların təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası” sənədi ilə mallar anbaqdan təhvil verilməlidir. Odur ki, artıq mallar anbardan silinir və digər cavabdeh şəxsin məsuliyyətinə keçir. Bundan sonra həmin malları səyyar formada satan şəxs alıcıya “Malların Təhvil-Təslim Aktı” əsasında təhvil verir. Artıq malları bu sənədlə təhvil veriləndən sonra 5 gün müddətində alıcıya normal formada elekton qaimə fakturası göndərilir.