ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların yeri

2020-07-03 | Vergilər | 3225

Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyd edilir ki, malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 167-ci və 168-ci maddələrinə əsasən, ölkə hüdudları daxilində həyata keçirildikdə həmin əməliyyatlar ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat hesab edilir. Əməliyyatın həyata keçirilməsinin yeri ilə bağlı məsələni iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Burada ƏDV məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi yeri fiziki olaraq həmin əməliyyatların həyata keçirildiyi yer deyil, Vergi Məcəlləsinin müəyyən etdiyi hüdudlar daxilində, şərtlər daxilində icra edildiyi yer hesab edilir.

Malların təqdim edilməsinin yeri Vergi Məcəlləsinin 167-ci maddəsi ilə, xidmətlərin göstərilməsi və işlərin görülməsinin yeri isə Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilmişdir. Məsələn, xidmət faktiki olaraq ölkə daxilində göstərildiyi halda, Məcəllənin 168-ci maddəsinin tələblərinə əsasən, xidmətin göstərilməsi yeri ölkə ərazisi hesab edilməyə bilər və ya əksinə, xidmətlər faktiki olaraq ölkə xaricində icra edilsə də, ƏDV məqsədləri üçün respublika hüdudları daxilində icra edilmiş hesab edilə bilər. Hətta elə də ola bilər ki, rezident müəssisə tərəfindən mallar faktiki olaraq ölkə xaricində təqdim edilməsinə baxmayaraq, malların təqdim edilməsi yeri ölkə ərazisi hesab edilər.

Vergi Məcəlləsinin 167-ci maddəsinə əsasən, malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir.

Misal 1.

Tutaq ki, ƏDV ödəyicisi olan rezident "A" MMC Türkiyədə qeyri-rezident bir şirkətdən 10.000 avro dəyərində mallar alıb, həmin malları Azərbaycan Respublikasına idxal etmədən Almaniyaya apararaq orada 15.000 avroya bir şirkətə təqdim edir. Bu halda, "A" MMC-nin 15.000 avro qarşılığında təqdim etdiyi mallar ƏDV məqsədləri üçün vergitutuma obyekti deyil və ƏDV-yə cəlb edilməyəcəkdir. Çünki Vergi Məcəlləsinin 159.2-ci maddəsində deyilir ki, mallar Məcəllənin 167-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində təqdim edilərsə, ƏDV məqsədləri üçün vergitutma obyektidir. Gətirdiyimiz misalda isə "A" MMC malları Azərbaycan Respublikası hüdudlarından kənarda təqdim edib Buna görə də 15000.00 avro dəyərində bu əməliyyat ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatlara aid edilmir. Lakin bu əməliyyat mənfəət vergisi məqsədləri üçün müəssisənin gəlirlərinə daxil edilir və mənfəət vergisinə cəlb olunur.

Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql edilməsi nəzərdə tutulduqda, malların təqdim edildiyi yer onların yola salınması və ya nəql edilməsinə başlandığı yer sayılır.

Misal 2.

Tutaq ki, ƏDV ödəyicisi olan rezident "B" MMC bağlanmış müqaviləyə əsasən 30.000 dollar dəyərində öz istehsal etdiyi malları Rusiya şirkətinə təqdim edir. Müqavilənin şərtlərinə əsasən, "B” MMC həmin malların Rusiyaya daşınmasını da həyata keçirməli və malları alıcıya Moskva şəhərində təhvil verməlidir. Bu halda mallar faktiki olaraq alıcıya ölkə xaricində təqdim edilsə də, malların yola salınması, nəql edilməsi Azərbaycan Respublikasından başlandığı üçün mallar Azərbaycan Respublikasında təqdim edilmiş hesab edilir və Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, bu əməliyyat ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat kimi "0" dərəcə ilə ƏDV-yə cəlb edilir.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/9250.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!