Ləğv olunan müəssisələrdə çalışan işçilərə kompensasiya ödənilməsi

2020-06-02 | Kadr işi | 2649

Ləğv olunan müəssisələrdə çalışan işçilərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı ortaya çıxan məsələlərə hüquqşünas Şəhriyar Həbilov aydınlıq gətirib.

Qanunvericilikdə müəssisə ləğv olunduqda əmək müqaviləsinə xitam verilən işçilər üçün bir neçə təminat nəzərdə tutulub:

  • işçi işdən ayrıldığı ay üzrə faktiki işlədiyi günlərə müvafiq olaraq əməkhaqqını almalıdır;
  • əmək müqaviləsinə müəssisənin ləğv olunması ilə bağlı xitam verilən işçilərə müvafiq olaraq bu iş yerindəki əmək stajından asılı olaraq işdənçıxma müavinəti verilməlidir:
    1. 1 ilədək orta aylıq əməkhaqqı (son iki aylıq əməkhaqqının cəminə əsasən hesablanır);
    2. 1-5 ilədək orta aylıq əməkhaqqının 1,4 misli;
    3. 5-10 ilədək orta aylıq əməkhaqqının 1,7 misli;
    4. 10+ ilədək orta aylıq əməkhaqqının 2 misli.
  • istifadə edilməmiş və iş ili üçün (əmək müqaviləsi bağlanan gündən növbəti ilin həmin günü olaraq hesablanır) müəyyən edilmiş növbəti əsas əmək məzuniyyəti üzrə məzuniyyət haqqı;
  • müəssisə tərəfindən işçiyə ödənilməli olan əlavə məbləğlər (vurulmuş zərərə görə kompensasiya, ezamiyyətlə əlaqədar ödənilməmiş ezamiyyət haqqı və digər ödənişlər);
  • müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan çox, ümumilikdə 3 ildən çox sığorta stajı (məcburi dövlət sosial sığorta haqqı ödənildikdə yaranır) varsa, işçiyə aşağıdakı qaydada işsizlikdən sığorta ödənişi verilir:
    1. 3-5 il sığorta stajı olduqda orta aylıq (işsiz kimi qeydiyyatdan əvvəlki 12 ayın əməkhaqqını 12-yə bölməklə alınır) əməkhaqqının 50 faizii;
    2. 5-10 il sığorta stajı olduqda orta aylıq əməkhaqqının 55 faizi;
    3. 10+ sığorta stajı olduqda orta aylıq əməkhaqqının 60 faizi məbləğində.

Qeyd edək ki, bu ödəniş işçilərə işsiz qaldıqları ilk 12 ayın 6 ayında (ilk 2 ay 100%, 3-4-cü ay 80%, 5-6-cı ay 70%) ödənilir. Müqaviləyə xitam verilməzdən əvvəl 12 aydan az, ümumilikdə 3 ildən çox sığorta stajı olduqda işçiyə minimum aylıq əməkhaqqı məbləği ilk 6 ay ərzində yuxarıdakı nisbətlərə uyğun ödənilir. Ümumilikdə isə işsizlikdən sığorta ödənişi növbəti il üçün minimum aylıq əməkhaqqı məbləğində və 3 ay işsiz olduğu müddət üçün ödənilir. İşçinin 18 yaşadək uşağı olduqda işsizlikdən sığorta ödənişi yuxarıdakı faizlərə 5 faiz (20 faizdən çox olmayaraq) əlavə edilməklə verilir.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/economy/8830.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!