Maliyyə və idarəetmə uçotları nə ilə fərqlənir?

2014-02-08 | İdarəetmə uçotu | 7648

Müəllif: Oleq İvanoviç Lavruşin, iqtisadi elmlıər doktoru, professor, Rusiya Federasiyası Hökuməti nəzdində Maliyyə Akademiyasının "Pul-kredit münasibətləri və banklar" kafedrasının müdiri.

Mühasibat uçotu sisteminə bir-birilə qarşılıqlı əlaqədə olan 3 altsistem daxildir. Vergi uçotu maliyyə uçotu ilə yanaşı aparılır və vergi ödənişləri məqsədilə uçot üçün vacibdir.

Maliyyə və idarəetmə uçotu müəssisənin maliyyə vəziyyəti haqda məlumat almaq və idarəetmə qərarları qəbul etmək üçün lazımdır.

Maliyyə və idarəetmə uçotlarını müqayisə edərkən bir sıra fərqləndirici əlamətləri ayırd etmək olar:

  1. Uçot məlumatlarının istifadəçiləri üzrə. Maliyyə uçotu tərəfindən təqdim olunmuş məlumatın istifadəçiləri həm daxili həm də xarici ola bilər. Bu zaman idarəetmə uçotunun məlumatı kommersiya sirri olduğu üçün yalnız daxili istifadəçilərə verilir.
  2. Mühasibat uçotunun sistem növləri üzrə. Maliyyə uçotu ikili qeydiyyat əsasında aparılır, idarəetmə uçotu bununla məhdudlaşmır.
  3. Uçot obyekti üzrə. Maliyyə uçotunun obyekti bütövlükdə müəssisədir, idarəetmə uçotu isə ayrı-ayrı struktur bölmələri üzrə aparılır.
  4. Aparılma mütləqliyi və hüquqi tələbatlar üzrə. Maliyyə uçotunun aparılması mütləqdir, o, qanunvericiliklə ciddi reqlamentləşdirilmişdir və uçot və hesabatın beynəlxalq standartlarına istiqamətlənmişdir. İdarəetmə uçotu ehtiyac olduğu halda müdiriyyətin qərarı əsasında aparılır. Bu zaman uçot məlumatı o halda toplanılıb işlənilir ki, onun istifadəsindən gələn fayda və mənfəət onun toplanmasına və işlənməsinə çəkilən xərclərdən üstün olsun.
  5. Uçotun prinsipləri və aparılma qaydaları üzrə. Maliyyə uçotu qəbul olunmuş nizamnamə və qaydalara uyğun həyata keçirilir. İdarəetmə uçotu uçotun istənilən qaydası üzrə aparıla bilər. Burada əsas olan məlumatın faydalılığıdır.
  6. Məlumatın müvəqqəti nisbəti üzrə. Maliyyə uçotu artıq bitmiş məlumatı əks etdirir, yəni, sanki "bu necə olmuşdur" sualını verir. İdarəetmə uçotu bitmiş məlumatı əks etdirir, gələcək üçün planlardan ibarət olur və "necə olmalıdır" sualına cavab verir.
  7. Təqdim olunan məlumatın dəqiqliyi üzrə. Məlumat dəqiq və obyektiv olmalıdır, eləcə də yoxlamaya davam gətirməlidir. İdarəetmə uçotu məlumat toplanışının cəldliyini tələb edir. Obyektiv məlumatla yanaşı təxmini və təqribi qiymətləndirmədən də istifadə olunur ki, bu da idarəetmə qərarının qəbulu üçün kifayətdir.
  8. Tərtibat və məlumat toplanışının dövriliyi üzrə. Maliyyə uçotu məlumatın daimi toplanmasını və işlənməsini tələb edir(aylıq, rüblük, illik). İdarəetmə uçotu məqsədilə məlumat daimi, həm də ehtiyac yarandıqca toplana bilər.
  9. Təqdim olunan məlumatın keyfiyyətinə məsuliyyət üzrə. Maliyyə uçotunda məlumatın təhrifi məhkəmə tərəfindən cəzalandırılır, idarəetmə uçotunda səhvlər müəssisədaxili inzibati sanksiyalarla məhdudlaşırlar.
  10. Uçot miqyasları üzrə. Maliyyə uçotu hesabatlarında bütün müəssisənin fəaliyyəti haqda məlumat təqdim olunur,idarəetmə uçotu hesabatlarında isə - fəaliyyətin ayrı-ayrı sahələri və bölmələr üzrə, məsələn məhsul növləri, şöbələr və s.

Beləliklə maliyyə uçotu təkcə müəssisənin özü üçün deyil, xarici istifadəçilər - dövlət orqanları, vergi orqanları, kreditorlar, sərmayəçilər və s. üçün də vacib və mütləqdir. İdarəetmə uçotu müəssisənin özü üçün vacibdir. Lakin qeyd etmək lazımdır ki, o aparılmadan idarəetmə qərarlarının qəbul edilməsi çətinləşir, eləcə də meydana çıxan məsələlər barəsində düzgün olmayan qərarlar qəbul etmək ehtimalı yaranır.

Maliyyə uçotu müəssisənin bütün fəaliyyət sahələrinə, uçot obyektlərinə və onların yaranma mənbələrinə aiddir. İdarəetmə uçotu , adətən istehsal xərclərinə və məhsul satışına, müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə aiddir.

İdarəetmə uçotu düzgün idarəetmə qərarlarının qəbul edilməsi üçün təşkilatın menecerlərinə lazım olan məlumatın toplanması, işlənməsi və təhlili üçün şərait yaradır.

O, bu və ya digər məsələlər üzrə daha effektiv həll imkanları verir.

Məlumat sisteminin əsasında mühasibat məlumatları durur. İdarəetmə uçotu (və ya başqa sözlə məsrəflər uçotu) istehsal olunan məhsulun, işin, xidmətin maya dəyərinin hesablanması, qiymətlərin təyin olunması, ehtiyatların və material resursların, eləcə də gəlir səviyyəsinin qiymətləndirilməsi üçün vacibdir.

İdarəetmə uçotunun və təhlilinin məqsədləri məhsulun istehsalı və satışı üçün məsrəflərin formalaşdırılması məsələlərinin həlli, eləcə də onların istifadə effektivliyinə təsirinin müəyyənləşdirilməsidir.

Maliyyə uçotunun və təhlilinin məqsədləri maliyyə ehtiyatları, əməliyyatlar və müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin əks olunması və təhlilidir. İdarəetmə uçotunun preroqativi məhsul istehsalı və satışına faktiki məsrəflərin, müəssisənin xərc və gəlirlərinin müəyyənləşdirilməsi, eləcə də planlı maliyyə nəticələrinin aşkarlanması üçün planlaşdırılmasıdır. İdarəetmə uçotu və təhlili sonrakı istehsalın, onun həcmini artırılmasının perspektivlərini, bu və ya digər fəaliyyət sahələrinə xərc qoyuluşunun effektivliyini aşkarlayarkən xüsusi əhəmiyyət əldə edir.

Maliyyə uçotu və təhlili yalnız faktik resursları və onların mənbələrini əks etdirir, hesablama yolu ilə maliyyə nəticələrini aşkarlayır, lakin bu zaman plan və smeta tərtibatını nəzərdə tutmur. Maliyyə təhlili təşkilatın mülki vəziyyətini öyrənməyə, xüsusi və borc kapitalının strukturunu, gəlirin tərkib və strukturunu, onun səviyyəsini aşkara çıxarmağa imkan verir.

Bununla yanaşı maliyyə və idarəetrmə uçotu arasında sıx qarşılıqlı əlaqə mövcuddur. İstehsalın xərcləri və resursları idarəetmə uçotunun obyektləridir. İstehsal mərhələlərindən keçərək onlar məhsula və onun satışından gələn mədaxilə çevrilirlər, eləcə də məsrəflərə, bunlar isə maliyyə uçotunun obyektidir. Fəaliyyətin son nəticəsi - gəlir - də məlumat hesab olunur və maliyyə uçotu və təhlilinin obyektidir.

Beləliklə, maliyyə uçotu bütövlükdə təşkilatın fəaliyyəti haqda məlumatı , idarəetmə uçotu isə mövcud vəziyyətin təhlili və müəssisənin daha effektiv inkişaf yollarının aşkarlanmasını əks etdirir. Maliyyə uçotu idarəetmə uçotunun əsasını təşkil edir, belə ki, onun üçün lazım olan məlumatları təqdim edir.

Maliyyə uçotunun idarəetmə uçotudan fərqi həm də ondadır ki, maliyyə uçotunun məqsədi təşkilatın mülki vəziyyətinin, onun maliyyə dayanıqlığının əks olunmasıdır. İdarəetmə uçotu bu və ya digər məsələ və məqsədlərə cavabdeh olan menecerləri məlumatla təmin edir. Bu məlumat müvafiq qərarların və istehsal məsələlərinin təhlili və qəbul edilməsi, planlaşdırılması,təşkilatın fəaliyyətinin nəzarəti və nizamlanması üçün vacibdir. İdarəetmə uçotu üçün vacib olan daxili məlumatın toplanıb işlənməsi maliyyə uçotu üçün vacib olan məlumatın işlənməsindən fərqli olan qaydalara tabedir.

Uçotu aparılan obyektlərə yanaşmalar da fərqlidir. Belə ki, pul vəsaitlərinin maliyyə uçotunda diqqət pul resurslarının uçotunun özünə yönəldilir, yəni onların həcmi, növləri (təşkilatın kassasındakı nəğd pul və hesablaşma və valyuta hesablarındakı vəsaitlər), kassa əməliyyatlarının iqtisadi məzmunu, bank hesablarındakı əməliyyatlar və s. nəzərdən keçirilir.

İdarəetmə uçotu pul vəsaitlərinin, onların formalaşma mənbələrinin uçotu və təhlili və onların yatırım yollarının müəyyənləşdirilməsi ilə məşğuldur. Maliyyə resurslarının idarəetmə uçotunun məqsədi onların daxilolma mənbələrinin öyrənilməsi və pul vəsaitlərinin daha effektiv üsulla yerləşdirilməsinin iqtisadi strategiyasının hazırlanmasıdır.

Cari öhdəliklərin və hesablaşmaların maliyyə uçotu bu öhdəliklərin və onların mənbələrinin tərkibi və strukturu haqda məlumatın işlənməsinə əsaslanmışdır.Bu öhdəliklərin idarəetmə uçotunun məqsədləri onların mənbələrinin uçotu və cəlb olunmuş vəsaitlərin effektiv yatırımı strategiyasının hazırlanmasıdır. İdarəetmə uçotu həm də debitor və kreditor borclarının yaranması ilə əlaqədar formalaşan məsrəfləri də nəzərdən keçirir.

Müəssisənin əsas vəsaitləri və qeyri-material aktivlərinin maliyyə uçotu onların tərkibi, stukturu və qiymətləndirilməsini, qeyri-dövri aktivlərə yatırım həcmlərini öyrənir, amortizasiyanın, əsas vəsaitlərin bərpası və təmirinə məsrəflərin və əsas vəsaitlərin və qeyri- material aktivlərin daxil olması, mövcudluğu və sıradan çıxması ilə əlaqədar digər əməliyyatların uçotunu aparır. Əsas vəsaitlərin idarəetmə uçotu onların tərkibinin,vəziyyətinin, əsas fondların və avadanlığın idarə edilməsinin asanlaşdırılması məqsədilə hərəkətlərini öyrənir. İdarəetmə uçotu əsas vəsaitlərin saxlanması və istifadəsi məsrəflərinin tərkibi və strukturunu, onların istifadə effektivliyini, istehsal olunan məhsulun maya dəyərinə daxil edilən əsas vəsaitlər və qeyri-material aktivlər üzrə onların əldə edilməsi xərclərini ödəmək məqsədilə amortizasiya hesablanmasını öyrənir.Amortizasiyanın məsrəf maddəsi kimi məhsulun maya dəyərini formalaşdıran bir maddə olduğunu nəzərə alaraq, idarəetmə uçotu bu uçot obyektinə xüsusi yer ayırır.

Material-istehsal ehtiyatlarının həm maliyyə, həm də idarəetmə uçotunda uçotuna əhəmiyyətli yer ayrılır. Material resurslar - təşkilatın fəaliyyəti üçün vacib olan əsas resurslardır. maliyyə uçotu onların məbləğlə ifadə olunmuş miqdarının, tərkibinin, strukturunun, qiymətləndirilməsinin müəyyənləşdirilməsini nəzərdə tutur.

İdarəetmə uçotu onların istifadə effektivliyini, material resursların əldə edilməsi məsrəflərini nəzərdən keçirir. Material resurslar məhsulun maya dəyərində böyük xüsusi çəkiyə malikdir, buna görə də idarəetmə uçotunun məqsədi onların daha effektiv istifadə strategiyasının işlənib hazırlanmasıdır.

Əmək haqqının ödənilməsi üzrə işçi heyətlə hesablaşmaların uçotu da həm maliyyə həm də idarəetmə uçotunda əsas yer tutur. Maliyyə uçotu əməyin ödənilməsi fondunun həcmini, tutulmalar və ödəmələrin növləri, idarəetmə uçotu – əməyin ödənilməsi xərcləri, əmək resurslarının istifadə effektivliyini nəzərdən keçirir.

İstehsal və məhsulun maya dəyəri xərclərinin maliyyə uçotu vasitəli və vasitəsiz məsrəflərin məbləğlə ifadə edilən uçotu,məhsulun maya dəyəri, işlər, xidmətlər, onların tərkib və strukturlarından ibarətdir. idarəetmə uçotu məhsulun maya dəyərinin formalaşdırılması, maya dəyərinə daxil olan və olmayan məsrəflərin optimallaşdırılması, material, əmək və maliyyə resurslarının effektiv istifadə strategiyasının işlənib hazırlanması ilə məşğul olur.

Beləliklə, nəticə çıxarmaq olar ki, maliyyə uçotu təşkilatın fəaliyyətinin uçotunun bütün obyektlərinin kəmiyyət tərəfini, idarəetmə uçotu isə - onların keyfiyyət xarakteristikasını, istifadə effektivliyini nəzərdən keçirir. Maliyyə uçotunun idarəetmə uçotundan əsas fərqi də məhz budur.

Mənbə: www.banker.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!