İddia müddəti

2019-01-24 | Hüquq | 8838

 Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər. Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar.

 Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla elə hallar üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici tədbirlərin tətbiq edilməsi lazımdır. Məcburetmə tədbirləri qanunla mülki hüquqların müdafiəsi üçün səlahiyyəti olan orqanlar (məhkəmə və s.) tərəfindən tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir.

 Pozulmuş subyektiv mülki hüquqların məcburi həyata keçirilməsi imkanı maddi mənada iddia hüququ, bu hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ isə prosessual mənada iddia hüququ adlanır. İddia müddətinin ötürülməsi məhkəməyə iddia ilə müraciət etmək hüququnu aradan qaldırmır. Subyektiv mülki hüququn pozulmasından nə qədər vaxt keçərsə keçsin, maraqlı şəxs istənilən vaxt iddia qaldıra bilər. İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, hətta maddi mənada iddia hüququ aradan qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır.

İddia müddətləri

   Mülki Məcəllənin 373-cü maddəsinə əsasən,

  • ümumi iddia müddəti 10 il təşkil edir.
  • müqavilə tələbləri üzrə iddia müddəti 3 il,
  • daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.
  • vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.

 Tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

İddia müddətinin başlanması

 İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Bəzən elə hallar olur ki, iddiaçı özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddətdə iddia verə bilmir. Belə hallarda iddia müddətinin dayandırılması müəyyən edilmişdir.

Misal

İddia müddəti axımının dayandırılması

İddia müddətinin dayandırılmasının mahiyyəti ondan ibarətdir ki, şəxs qanunda göstərilən səbəblərə görə iddia qaldıra bilmək və ya öz hüquqlarını müdafiə etmək imkanından məhrum olduğuna görə iddia qaldıra bilmədiyi vaxt kəsiyi iddia müddətinə daxil edilmir. İddia müddətinin dayandırılması üçün əsas olan halların mövcud olduğu vaxt kəsiyi iddia müddətinə hesablanmır. Göstərilən hallar aradan çıxdıqdan sonra iddia müddəti öz axımını davam etdirir.

Mülki Məcəllənin 379.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:

  1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;
  2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda;
  3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;
  4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;
  5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ-hüquqi aktın qüvvəsi dayandırıldıqda.

İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Müddətin dayandırılması üçün əsas olan maneələr aradan götürüldüyü gündən müddətin axımı davam edir və müddətin qalan hissəsi altı aya qədər uzadılır. Iddia müddəti altı aydan az olduqda isə iddia müddəti həmin müddətə çatdırılır.

İddia müddəti axımının kəsilməsi

 Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Misal

Misal

İddia müddəti bitdikdən sonra vəzifənin icrası

   Borclu öz öhdəliyini iddia müddəti keçdikdən sonra icra edibsə, icraedici etdiyi zaman iddia müddətinin keçməsini bilməmiş olsa da icra etdiyini geri tələb etməyə haqlı deyildir.

   İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə pozulmuş hüquq müdafiə edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a. aiddir. Əgər vəziyyət obyektiv xarakter daşıyırsa və o, iddianın vaxtında qaldırılmasına mane olmuşsa, onda onlar üzrlü səbəb hesab edilə bilər. Əgər iddia müddətinin buraxılmasında öz təsərrüfatsızlığına, səhlənkarlığına, diqqətsizliyinə görə vaxtında iddia qaldırmayan maraqlı şəxs özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilməlidir.

İddia müddətinin şamil edilmədiyi tələblər

 Şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi, əmanətçilərin banka qoyulmuş əmanətlərinin verilməsi, fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması və s. bu kimi tələblər istisna olmaqla iddia müddəti bütün əmlak tələblərinə aid edilir.

Mənbə: www.muhasib.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!