Lazımi keyfiyyətli olmayan mal satıldıqda, alıcı hansı hüquqlara malikdir?

2013-08-25 | Hüquq | 4126

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İzzət/

Bəzən alış-veriş edərkən ticarət obyektlərində vətəndaşlara bilərəkdən və ya bilməyərəkdən keyfiyyətsiz və ya keyfiyyəti lazımi səviyyədə olmayan mallar satılır. Belə hallar baş verdiyi təqdirdə isə çox zaman alıcılar öz hüquqlarını dəqiq bilmədiyindən müxtəlif problem və çətinliklərlə rastlaşırlar.

Trend-in sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirən Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzov bildirib ki, bu halda alıcının bir sıra hüquqları var:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM-nin) 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfındən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə keyfıyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiymətinin mütənasib surətdə azaldılmasmı, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasmı və ya malın qüsurlarının aradan qaldırılmasını tələb edə bilər."

Onun sözlərinə görə, bu tələblərdən hər hansı birini irəli sürə bilmək üçün ilk növbədə, alıcıya lazımi keyfıyyətli olmayan mal satılmalı və malın qüsurları satıcı tərəfındən əvvəlcədən bildirilməmiş olmalıdır:

"AR MM-nin 624.3-cü maddəsinə görə, malın xassələri onun aşkar edilmiş qüsurları aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfıyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Göründüyü kimi, bu maddənin tələbləri elə mallara şamil edilir ki, onların xassələri aşkar edilmiş qüsurları aradan qaldırmağa imkan vermir. Maddənin özündə belə malların adları çəkilsə də, nəzərə almaq lazımdır ki, bu, dəqiq siyahı deyil."

Vəkil, həmçinin qeyd edib ki, AR MM-nin 624.4-cü maddəsi alıcı üçün alternativ davranış imkanı müəyyən edir. Belə ki, həmin maddəyə əsasən, AR MM-nin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Mənbə: www.trend.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!