İdarəetmə və maliyyə uçotunun müqaisəsiMaliyyə və İdarəetmə uçotlarının müqayisəsi Maliyyə və idarəetmə uçotunun müqayisəsini aşağıdakı amillərlə müəyyən etmək olar: 1. Tənzimlənmə dərəcəsi. Maliyyə uçotunun aparılması hər bir müəssisə və təşkilat üçün vacibdir. Eyni zamanda maliyyə uçotunun aparılması mütləq dövlət tərəfindən tənzimlənilir.
2. Informasiyanın dəqiqliyi. Idarəetmə qərarlarının qəbul edilməsində bəzən təxmini məlumatlardan istifadə edirlər. Maliyyə uçotunda isə yalnız baş vermiş əməliyyatlar nəticəsində dəqiq informasiyalardan istifadə edilir. 3. Informasiyanın əhatəliyi. Maliyyə hesabatında müəssisənin bütün fəaliyyəti əks etdirilir. Idarəetmə uçotu əsasən informasiya xarakteri daşımaqla yanaşı həm də ayrı-ayrı struktur bölmələrinin fəaliyyətini əks etdirir. 4. Uçotun məqsədi. Maliyyə uçotunun əsas məqsədi müəssisənin istifadəçiləri üçün maliyyə sənədlərinin tərtib edilməsindən ibarətdir. Idarəetmə uçotu isə əsasən idarəetmə, nəzarət və planlaşdırma ilə əlaqədar informasiyaları ümumiləşdirmək üçün istifadə edilir. 5. Informasiya istifadəçiləri. Maliyyə uçotu informasiyasından istifadə edənlərə əsasən müəssisəyə aidiyyəti olan fiziki və hüquqi şəxslər, kreditorlar, vergi orqanları, büdcədənkənar fondlar və s. təşkil edir.
6. Uçotun prinsipi. Maliyyə uçotu ümumi qaydada təsdiq olunmuş mühasibat uçotu standartlarına uyğun olaraq aparılır. Bu qayda imkan verir ki, xarici informasiya məlumatları uçot məlumatları ilə müqayisə edilsin. Idarəetmə uçotu isə heç bir hüquqi tələblərə və standartlara uyğun olaraq aparılmır. Burada əsas məqsədi odur ki, mühasibatlıq öz işində bu və ya digər məsələlərin həllində lazım olan metodu özü seçsin və tətbiq etsin. 7. Uçotun quruluşu. Maliyyə uçotunda aşağıdakı bazis bərabərliyi mövcuddur: Aktiv = Öhdəliklər + Xüsusi kapital Idarəetmə uçotunda göstərilən qayda yoxdur. Onun quruluşu üç obyektlə müəyyən edilir: gəlir, məsrəf və aktiv. Idarəetmə uçotu istənilən anda bu anlayışlara müraciət edə bilər. 8. Vaxta münasibətinə görə. Maliyyə hesabatında müəyyən hesabat dövrü ərzində baş vermiş əməliyyatlar və faktların nəticələri haqqında informasiya əks etdirilir. Həmin məlumatları idarəetmə uçotu özünün planlaşdırma və proqnozlaşdırma sistemində istifadə edir. Idarəetmə uçotunda gələcəkdə baş verəcək informasiyalar əhatə edilir. Maliyyə uçotunda "bu necə olub", idarəetmə uçotunda isə "necə olmalıdır" göstərilir. Deməli, idarəetmə uçotunda gələcək dövr qiymətlərinə daha çox diqqət edilir. 9. Informasiyanın təqdim olunma forması. Maliyyə uçotunda təsərrüfat əməliyyatları pul formasında göstərilir. Baş kitabda olan bütün hesablar üzrə qalıqlardan maliyyə hesabatları tərtib etmək üçün istifadə edilir. Idarəetmə uçotunda isə informasiya məlumatlarının əksəriyyəti daha çox miqdar ifadəsində əks etdirilir. 10. Informasiyanın verilməsinin tezliyi. Kənar istifadəçilər üçün maliyyə uçotunun yekununa görə hesabat formaları vaxtaşırı olaraq - aylıq, rüblük və illik tərtib edilir. Idarəetmə uçotunda isə hesabatlar həm vaxtaşırı və həm də rəhbərliyin tapşırığı ilə sifarişçilər üçün hazırlanır. 11. Informasiyanın təqdim olunma vaxtı. Maliyyə hesabatlarının təqdim olunma vaxtı reqlamentləşdirilir, idarəetmə uçotu üzrə hesabatlarının təqdim olunma vaxtı isə müəssisə rəhbəri tərəfindən müəyyən edilir. 12. Uçotun aparılması metodu. Maliyyə uçotunun aparılması zamanı metodunun əsas ünsürləri kimi hesablar sistemi və ikitərəfli yazılış, sənədləşmə və inventarizasiyadan istifadə edilir. Idarəetmə uçotunda bu üsullardan istifadə edilir. Lakin həmişə yox. 13. Informasiyanın açıqlanması səviyyəsi. Maliyyə uçotunda informasiya kommersiya sirri xarakterini daşımır, idarəetmə uçotu informasiyası isə kommersiya sirri xarakterini daşıyıp və onun açıqlanması məsləhət bilinmir. 14. Məsuliyyət səviyyəsi. Maliyyə hesabatının tərtib zamanı bu və ya digər məlumatların saxtalaşdırılması aşkar edilərsə həmin müəssisə və ya şəxs vergi orqanları tərəfindən cərimə edilirlər və ya məhkəməyə müraciət edilir. Idarəetmə uçotu daha çox təxmini xarakter daşıyır. Əgər müəssisə rəhbərliyi onun səhv olduğunu aşkar edərsə həmin hesabatı tərtib edəni müvafiq qaydada cəzalandırır. Beləliklə, maliyyə və Idarəetmə uçotu arasında fərqlər olmasına baxmayaraq metodun elementlərinə,uçot obyektləri və Ilkin İnformasiyanın vahidliyinə görə onlar ümumi cəhətlərlərə malikdir. İdarəetmə və maliyyə uçotunun müqaisəsi |