Azərbaycanda fiziki şəxslər üçün əmlak və topraq vergilərinin dərəcələri dəyişib

2014-08-17 | Vergilər | 2136

2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslərdən əmlak vergisi özəl mülkiyyətdə olan binanın sahəsindən asılı olaraq ödəniləcək. Hazırda vergi binanın inventar dəyəri hesabından alınır.

İyunda Milli Məclisin qəbul etdiyi və Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna əsasən, əmlak vergisi 30 kvadratmetrdən artıq olan sahənin hər kvadratmetrinə görə hesablanacaq.

Müvafiq olaraq, 30 kvadratmetrədək olan sahə əmlak vergisindən azad edilib. Qüvvədə olan qanunvericiliyə əsasən, əgər əmlakın dəyəri 5 min manatdan azdırsa, ona vergi tətbiq edilmir, bu məbləğ artıq olarsa, vergi binanın dəyərinin 0,1 faizini təşkil edir.

Fiziki şəxslərin əmlakı üzrə verginin yığılması və hesablanması ilə ərazisində binanın yerləşdiyi bələdiyyələr məşğul olurlar.

Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn ildən əmlak vergisinə görə aşağıdakı dərəcələr tətbiq ediləcək:

Yaşayış məntəqələri Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)
Bakı 0,4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0,3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0,2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) 0,1

Əgər bina Bakıda yerləşirsə, dərəcələr mərkəzi icra hakimiyyəti orqanlarına müvafiq olan 0,7-1,5 aralığında müəyyən əmsal əsasında tətbiq ediləcək.

Prezidentin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanununun tətbiqi barədə fərmanında fiziki şəxslərin əmlak vergisinin hesablanması məqsədilə Bakıda yerləşən binalara qarşı əmsalların müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə 3 aylıq müddət verilib.

Vətəndaşların bağ sahələrinin və sənaye, tikinti, nəqliyyat, kommunikasiya, ticarət-məişət xidməti və digər təyinatlı fondların həyətyanı yaşayış sahələrinin hər 100 kvadratmetrinə görə aşağıdakı torpaq vergisi tətbiq ediləcək:

Yaşayış məntəqələri Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)
10000 m²- dək olduqda 10000 m²- dən yuxarı olan hissə üçün 10000 m²- dək olduqda 10000 m²-dən yuxarı olan hissə üçün
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri 10 20 0,6 1,2
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri 8 16 0,5 1,0
Digər şəhərlər və rayon mərkəzləri 4 8 0,3 0,6
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər 2 4 0,1 0,2

Dəyişikliklərin edilməsində zərurət onunla izah edilir ki, Vergilər Məcəlləsi qəbul edildiyi dövrdən etibarən bələdiyyələr binaların inventar dəyəri müəyyənləşdirilmədiyinə görə əmlak vergisini yığa bilmədilər.

"Yerli (bələdiyyə) vergi və ödənişlər" haqqında dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən bu ödənişlərin nağd formada qəbuluna qadağa qoyulub.

Fiziki şəxslər tərəfindən yerli vergilərin ödənişi nağdsız ödəniş etmək məqsədilə banklar, poçt rabitəsi operatorları, həmçinin mövcud vasitələrlə həyata keçirilməlidir.

Mənbə: http://www.trend.az

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!