"Əmək məzuniyyətlərinin müddətləri"nə dəyişiklik edildi
2018-05-22 | Kadr işi | 2881Dəyişiklik "Məktəbəqədər təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır
Məcəlləsinin 118-ci maddəsinə (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) dəyişiklik edilib. Fins.az-ın məlumatına görə, dəyişikliyə əsasən, məcəllənin 118-ci maddəsinin 2-ci hissəsinin "a" bəndində "uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara" sözləri "təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara" sözləri ilə əvəz edilib.
Mövcud variantda deyilir ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;.
Təklif olunan variantda isə deyilir ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;.
Bu dəyişiklik "Məktəbəqədər təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi Milli Məclisin mayın 18-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.
Mənbə: http://fins.az/budce/947313/amek-mezuniyyetlerinin-muddetlerine-deyisiklik-edildi.html

Kadr işi bölümünün son xəbərləri |