Azərbaycanda İslam bankçılığının inkişafına təkan verəcək yeni qanun qəbul ediləcək

2013-12-07 | İqtisadiyyat | 2801

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Ticarətin maliyyəşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə olunub.

Trend xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, bu qanun Azərbaycanın İslam dünyası və İslam Konfransı ölkələri ilə ticarətinin maliyyəşdirilməsinə və stimullaşdırılmasına dəstək verəcək.

Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu sənədin imzalanması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək: "Bu qanun layihəsi Azərbaycanın İslam Konfransı Təşkilatının 36 üzv ölkəsi ilə idxal və ixrac məsələlərini stimullaşdıracaq. Bu qanunun Azərbaycanda tətbiqi ölkəmizdə İslam bankçılığını da inkişaf etdirəcək və Azərbaycanda İslam bankçılığını genişləndirmək üçün yerli banklara kredit cəlb etməyə imkan yaradacacaq.

Millət vəkilləri qanun layihəsinin Milli Məclisin Plenar iclasının müzakirəsinə çıxarılmasına razılıq veriblər.

Mənbə: www.trend.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!