Azərbaycan yaşayış minimumu və ehtiyac meyarını artırır

2013-10-31 | İqtisadiyyat | 2886

Milli Məclisin Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunub.

APA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəblinin sədrliyi ilə keçirilən iclasda iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək bildirib ki, 2014-cü ildə yaşayış minimumunun 125 manata, ehtiyac meyarının 100 manata çatdırılması təklif olunur. O deyib ki, Azərbaycanda yaşayış minimumu dünyada qəbul olunmuş ifrat yoxsulluq səviyyəsini təxminən 7-8 dəfə üstələyir. Nazir müavini qeyd edib ki, Azərbaycanda mütləq yoxsulluq anlayışı tətbiq olunur: "Avropa ölkələri, ABŞ və Kanadada nisbi yoxsulluq anlayışı tətbiq edilir, bu da ölkədə olan median gəlirin 40%, 50%, 60%-ni təşkil edir. Azərbaycanda bu metodla yoxsulluq hesablananda yoxsulluq səviyyəsi 5,3% təşkil edir. Azərbaycanda mütləq yoxsulluq səviyyəsi, yəni, əhalinin minimal xərclərinin toplusu hesablanır".

S. Həsənova gələcəkdə Azərbaycanda yoxsulluğun ölçülməsi metodikasının təkmilləşdiriləcəyini və çoxölçülü yoxsulluğun da hesablanmağa başlanacağını söyləyib. Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hazırda Azərbaycanda tətbiq olunan 125 manat yaşayış minimumunun reallığı əks etdirmədiyini vurğulayıb. S. Həsənova isə bildirib ki, orta ailə başına (4,72 nəfər) yaşayış minimumu 2014-cü ildə 590 manat olacaq. Alıcılıq qabiliyyəti pariteti üzrə bu göstərici 1000 ABŞ dollarından çox olacaq. Komitə sədri H. Rəcəbli xatırladıb ki, ölkədə 2007-ci ilə nisbətən yaşayış minimumu 2 dəfə artıb: "2007-ci ildə yaşayış minimumu 64 manat olub. Nəzərə alsaq ki, bu müddətdə bazarda qiymətlər belə artmayıb, o zaman yaşayış minimumunun belə artımı iqtisadiyyata uyğundur".

Müzakirələrin sonunda hər üç layihə komitə tərəfindən plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, noyabrın 4-dən etibarən gələn ilin büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri İqtisadi siyasət Komitəsi başda olmaqla, digər komitələrlə birgə müzakirəyə çıxarılacaq.

Mənbə: www.apa.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!