Beynəlxalq Valyuta Fondu gələn il Azərbaycanda inflyasiyanın sürətlənəcəyini proqnozlaşdırır
2013-10-24 | İqtisadiyyat | 2912Barədə BVF-nin hesabatında deyilir.
Müqayisə üçün bildirək ki, ölkə hökumətinin bu həftə açıqladığı proqnozlara əsasən, gələn il Azərbaycanda iqtisadi artım 5,2%, bu il isə 4,5% olacaq. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində ölkədə iqtisadi artım artıq 5,4% təşkil edib və beləliklə, həm BVF, həm də hökumət ilin qalan hissəsində artım tempinin azalacağını gözləyir.
Bundan əlavə, BFV-nin proqnozlarına görə, gələn il Azərbaycanda inflyasiya 6,3%, bu il isə 3,7% olacaq. Hökumətin proqnozlarında isə bu göstərici müvafiq olaraq 3,5% və 3,3% səviyyəsində gözlənilir. Beləliklə, BVF hökumətdən fərqli olaraq gələn il üçün daha kəskin həddə inflyasiya gözləyir. Bu il üçün isə proqnozlar təxminən eyni səviyyədədir. Qeyd edək ki, 9 ayın nəticələrinə görə, Azərbaycanda inflyasiya 2,3% təşkil edib və beləliklə, həm hökumət, həm də BVF cari ilin qalan hissəsi ərzində istehlak qiymətlərinin tədricən artacağını proqnozlaşdırır.
Mənbə: www.apa.az

İqtisadiyyat bölümünün son xəbərləri |