Minimum aylıq əməkhaqqı artdı
2013-08-31 | İqtisadiyyat | 3248Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bununla da "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilir.
Minimum əməkhaqqı - işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir.
Son 5 il ərzində orta aylıq minimum əmməkhaqqı 58,5 manat artıb. Qazancım.az saytı 2006-2013-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikasını müşahidə edib.
Azərbaycanda minimum əməkhaqqı - qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Cədvəl. 2006-2013-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası.
Tarix | Minimum əməkhaqqının miqdarı (manatla) |
2013 | 93,5 |
2012 | 93,5 |
2011-ci ilin dekabr | 93,5 |
2010-cu ilin sentyabrından | 85 |
2008-ci ilin avqustundan | 75 |
2008-ci ilin yanvarından | 60 |
2007-ci ilin fevralından | 50 |
2006-cı ilin oktyabrından | 30 |
Mənbə: www.apa.az

İqtisadiyyat bölümünün son xəbərləri |