Növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği

2022-05-08 | Vergilər | 3960

Vergi ödəyicilərində sual yaradan məsələlərdən biri də amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarıdır. Mövzunu “vergiler.az” üçün iqtisadçı ekspert Cavid Vəlizadə şərh edib.

Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • maşınlar və avadanlıq – 20 faizədək;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;
  • torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək;
  • nəqliyyat vasitələri - 25 faizədək;
  • iş heyvanları - 20 faizədək;
  • digər əsas vəsaitlər - 20 faizədək.
Göründüyü kimi, müəyyən olunmuş faiz normalarına qədər amortizasiya edilə bilər. Bəs müəssisə göstərilən faiz normalarından az istifadə etsə, növbəti illərdə bunu nəzərə alacaqmı?

Vergi Məcəlləsinin 114.4-cü maddəsində göstərilir ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Misal:

Müəssisənin nəqliyyat vasitələrinin qalıq dəyəri 800.000 manat təşkil edib. Müəssisə Vergi Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, 25 faizədək amortizasiya edə bilər, lakin 20 faiz amortizasiya edib.

25% amortizasiya norması ilə - 800.000 x 25% = 200.000 manat

20% amortizasiya norması ilə - 800.000 x 20%= 160.000 manat

Fərq - 200.000 -160.000= 40.000 manat

Qeyd olunan 40.000 manat məbləğ mənfəət vergisi bəyannaməsinin 1249-cu sətrində qeyd edilməlidir.

Növbəti ildə müəssisə həmin nəqliyyat vasitələrinə 25 faiz amortizasiya norması tətbiq edir və keçən ildə növbəti illərə saxladığı amortizasiya xərcini nəzərə alır.

Qalıq dəyəri – 800.000 – 160.000 = 640.000 manat.

Amortizasiya xərci – 640.000 x 25%+ 40.000 =200.000 manat.

Qeyd edək ki, Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən, əvvəlki illərdə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərib növbəti illərdə mənfəət və gəlir vergisi ödəyicisi olan şəxslər, əvvəlki illərdə (sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrlərdə) aşağı norma tətbiq edibsə, mənfəət və gəlir vergisi ödəyicisi olduğu illərdə amortizasiyadan yaranmış kompensasiya məbləği nəzərə alınmır.

Mənbə: https://vergiler.az/news/taxes/17955.html

Vergilər bölümünün son xəbərləri

2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!