Sadələşdirilmiş vergi ödəyicisinin dividendə görə vergi öhdəliyi

2022-02-28 | Vergilər | 3971

Təcrübədə bir sıra hallarda sadələşdirilmiş vergi ödəyicilərinin əldə etdiyi satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı suallar yaranır.

Bu suallardan biri də sadələşdirilmiş vergi ödəyicisi olan şəxsin dividend gəlirlərinin vergiyə cəlb edilməsidir. Mövzu ilə bağlı vergi mütəxəssisi İlqar Əsədov “vergiler.az”a şərh verib.

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində göstərilir ki, satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Gördüyümüz kimi, dividend gəlirləri də satışdankənar gəlirlərdir.

Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində, yəni rüb ərzində sadələşdirilmiş vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Maddədən başa düşməli olduğumuz budur ki, sadələşdirilmiş vergi ödəyicisi həm gündəlik əsas fəaliyyətindən əldə etdiyi gəlirlərdən, həm də əsas və ya əlavə fəaliyyəti ilə bağlı olmayan, yəni satış ilə bağlı olmayan digər gəlirlərindən də vergi ödəməlidir. Burada əsas şərt gəlirin daha əvvəl vergiyə cəlb edilmiş olmamasıdır.

Dividend gəlirləri Vergi Məcəlləsinin 122-ci maddəsi ilə ödəmə mənbəyində 10 faiz vergiyə cəlb edilir. Bu həm fiziki, həm də hüquqi şəxslərə aiddir. Beləliklə, sadələşdirilmiş vergi ödəyicisi istər fiziki şəxs olsun, istər hüquqi şəxs – onun hər hansı hüquqi şəxsdə payı, səhmi vardırsa və buna görə dividend gəliri əldə edərkən ondan ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirdən bir daha ödəmə məbəyində vergi tutulmayacaqdır.

Lakin unutmaq olmaz ki, gəliri ödəyən hüquqi şəxs Vergi Məcəlləsinin 102.1.22; 102.1.22-1 və 106.10-cu maddələrinə əsasən, ödəmə mənbəyində vergi tutmamışdırsa, gəliri əldə etmiş sadələşdirilmiş vergi ödəyicisi dividend gəlirindən ödəmə mənbəyində 2 faiz sadələşdirilmiş vergini ödəməyə borcludur.

Mənbə: https://vergiler.az/news/taxes/17027.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!